“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi çərşənbə axşamı Oyunların ilk beynəlxalq idman elçilərini adlarını elan edib. Bu barədə BEGOS-un mətbuat xidməti məlumat verir.
Yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilmiş və İlk Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.
Serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət Basketbol 3x3 komandası ilə yanaşı fransalı bədii gimnast Kseniya Moustafayeva və Danimarkalı Kanoe sprintçisi Rene Holten Poulsen idman elçisi təyin ediliblər.
“Elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən Azərbaycanlı medal namizədlərinin İlk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz onun uğurlu olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm və biz həm onlarla, həm də “Bakı 2015”-i təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik”, - deyə BEGOS-un Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.
Altı nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada geniş miqyaslı marketinq kampaniyalarında iştirak edəcəklər.
“3x3 formatlı Basketbol kimi innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca həyəcanvericidir və biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyindən əminik. “Bakı 2015”-də Avropanın digər nüfuzlu komandaları ilə yarışmağı səbirsizlikıə gözləyirik”, - deyə dünyanın ən uğurlu oyunçularından biri sayılan Domoviç Bulut vurğulayıb.
“Bakı 2015”-də Gimnastikanı təmsil edəcəyim üçün çox həyəcanlıyam. Gimnastikanın hər 5 bölməsinin təmsil olunduğu Avropa Oyunlarının Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm”, - deyə K.Moustafayeva öz növbəsində bildirib.
“Avropa Oyunlarında keçiriləcək Kanoe sprinti yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir”, - deyə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanan Poulsen qeyd edib.
Daha öncə BEGOS Azərbaycandan idman elçilərinin adlarını elan edib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
RF şirkətləri Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılması üçün 20-dən çox layihə təqdim ediblər
Bayramov və AŞ baş katibi Cənubi Qafqazda postmünaqişə vəziyyətini müzakirə ediblər
Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
İsveçrədən Azərbaycana saat ixracı 10 milyon avrodan çox olub
11 ay ərzində Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 6,6% artıb
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Aİ 2024-cü ildə Fələstinə 125 milyon avro məbləğində ilkin humanitar yardım nəzərdə tutur
Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək