Azərbaycanın mobil rabitə operatoru olan “Bakcell” 40 mln. manat məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə əməliyyatın keçirildiyi Bakı Fond Birjasından (BFB) məlumat verilib.
““Bakcell” şirkətinin təmin olunmamış istiqrazları BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Dekabrın 17-dən şirkətin istiqrazlarının yerləşdirilməsinə başlanılıb”, - deyə birja nümayəndəsi bildirib.
Emissiya bir qiymətli kağızın nominal dəyri 1 min manat olan 40 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 1080 gün, faiz dərəcəsi ildə 9% təşkil edir.
İstiqrazların yerləşdirilməsinin anderrayteri “Paşa Capital” MMC-dir.
“Bakcell” istiqrazların yerləşdirilməsindən əldə edilmiş vəsaitləri cari öhdəliklərin yerinə yetirilməsinə yönəltməyi planlaşdırır. 2014-cü il noyabrın 27-nə şirkətin ümumi öhdəlikləri 69,2 mln. manata bərabərdir.
Bu, “ Bakcell” şirkətinin istiqrazlarının ikinci emissiyası oalacaq. 2011-ci ildə şirkət 40 mln. manat məbləğində istiqraz buraxıb.
“Bakcell” şirkəti 1994-cü ilin mart ayında təsis edilib və respublikada fəaliyyət göstərən 3 GSM operatorundan biridir. Şirkətin səhmdarı bir hüquqi şəxsdir, nizamnamə kapitalı $9 mln. 908 min təşkil edir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət