Azərbaycan və Belarus ikitərəfli sənədlərin sayını 100-ə çatdırmaq niyyətindədir. Bu barədə Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç bu gün Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib.
“Tərəflər arasında 90-a yaxın ikitərəfli hökumətlərarası saziş və sənəd imzalanıb. Düşünürəm ki, gələn il sənədlərin sayı 100-ə çatacaq”, - deyə N.Patskeviç bildirib.
Onun sözlərinə görə, ötən ilin noyabr ayında prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərə əlavə təkan verilib.
Diplomat vurğulayıb ki, Bakı və Minsk bütün sahələrdə uğurla əməkdaşlıq edir.
“2014-cü ilin 10 ayı ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi $288 mln. təşkil edib. Bu il isə $300 mln.-luq həddi keçmək niyyətindəyik ”, - deyə N.Patskeviç qeyd edib.
Onun sözlərinə görə, hər il tərəflər ticarət dövriyəsinin artım dinamikasını təmin edirlər.
O, həmçinin vurğulayıb ki, istehsal kooperasiyası Azərbaycan-Belarus əməkdaşlığının əsas prioritetidir. Gəncə Avtomobil Zavodunun Belarusun maşınqayırma müəssisələri ilə əməkdaşlıq etdiyi dövr ərzində 6 mindən artıq traktor və 3 min avtomobil istehsal olunub.
“Gəncədə istehsal olunan məhsulun üçüncü ölkələrə tədarükü həyata keçirilir. Bu, müəssisənin gələcəyinin olduğunu göstərir”, - deyə səfir qeyd edib.
Diplomat təhsil sahəsində də uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayıb.
“Biz bu sahədə əməkdaşlığa başlayarkən, Belarusda cəmi 20 azərbaycanlı tələbə təhsil alırdı. Bu gün isə onların sayı 588 nəfərdir”, - deyə N.Patskeviç söyləyib. O məlumat verib ki, tərəflər bu yaxınlarda işıq üzü görəcək azərbaycanсa-belarusca lüğət üzərində çalışırlar.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət