Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun yeni nəşri olan “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Təqdimat mərasimində institutun direktoru, kitabın “Ön söz”ünün müəllifi, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alimlərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından söhbət açıb.
Qeyd olunub ki, institutun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Abbas İslamovun rus dilində nəşr olunmuş yeni kitabında ermənilərlə “hay”ların nə kimi əlaqəsinin olmasından, onların tarixi keçmişindən, yazı, dil və əlifbasından söz açılır, yazılı abidələri barədə geniş şərhlər verilir. Onun sözlərinə görə, təqdim edilən kitab arxiv sənədləri, tarixi abidələri əsasında uydurma erməni saxtakarlığını sübut edən növbəti əsərdir.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarının dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu və bu baxımdan sözügedən kitabın əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, 2015-ci ildə ermənilərin qondarma “soyqırım”ının 100-cü ildönümünün qeyd edilməsinə qarşı ölkəmizdə ciddi hazırlıq işləri görülür.
“Bu istiqamətdə artıq beynəlxalq təşkilatlara müraciətlər var. Bizim əks arqumentlərimiz sistemli olmalıdır”, - deyə o əlavə edib.
AMEA-da yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclasında soyqırımla bağlı əməli addımların atılmasının qərara alındığını söyləyən İ.Həbibbəyli bu mövzuda beynəlxalq tədbirin təşkilinin planlaşdırıldığını, soyqırımla bağlı kitabların kataloqunun nəşr ediləcəyini qeyd edib.
“Zəruri tarixi sənədlərin aşkara çıxarılıb kitab halında nəşr edilməsi əhəmiyyətli məsələdir. Komissiyanın fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımları sənədlərlə, faktlarla sübut edəcək”, - deyə İ.Həbibbəyli bildirib.
Məruzə ilə çıxış edən kitabın müəllifi Abbas İslamov qeyd etdi ki, nəşdəki məlumatlar faktlara, tarixi sənədlərə söykənir.
Tədbirdə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri, general-mayor Fərhad Vahabov, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərli və başqaları erməni saxtakarlığına qarşı informasiya hücumunda yeni kitabın əhəmiyyətini və dəyərli mənbə olduğunu qeyd ediblər.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət