Naxçıvan şəhərində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumu keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib. Tədbirdə iştirak etmiş Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov qeyd edib ki, xalqımızın milli dəyərlərini əks etdirən Azərbaycan memarlıq məktəbi uzun bir dövr ərzində formalaşıb
“Ölkəmizdə memarlığın inkişafı bir tərəfdən xalqımıza məxsus qədim mədəniyyət və sənətkarlıq ənənələri ilə bağlıdırsa, digər tərəfdən bu yurdun ilk insan məskənlərindən biri kimi təşəkkül tapması ilə əlaqədardır”,- deyə o bildirib.
Ali Məclisin sədri deyib: Naxçıvanda da memarlıq sənəti özünəməxsus inkişaf yolu keçib. Bu ərazidəki antik, orta əsrlər və müasir dövr maddi-mədəniyyət nümunələri, tarixi abidələr memarlığın müxtəlif dövrlərdəki inkişafından xəbər verir. Hazırda muxtar respublika ərazisində 1200-dən artıq tarixi abidə pasportlaşdırılaraq qeydə alınıb ki, onların da 500-dən çoxu ölkə və dünya əhəmiyyətlidir. Naxçıvanda antik dövrdən inkişaf edən memarlıq sənəti XII əsrdə özünün intibah mərhələsinə qədəm qoyub. Bu dövrdə memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin fəaliyyəti Naxçıvan memarlıq məktəbinin formalaşmasında mühüm rol oynayıb”.
Onun sözlərinə görə Əcəmi Naxçıvani sənəti memarlıq sahəsində mühüm bir istiqamət və məktəb kimi qəbul olunub. Əcəmi irsi mədəniyyət tariximizə əbədi həkk olunub. Onun sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Əcəminin Naxçıvanda ucaltdığı Yusif Küseyir oğlu və Möminə Xatın türbələri orta əsrlər xatirə memarlığının ən uğurlu nümunələridir.
Qeyd olunub ki, Naxçıvan memarlıq məktəbinin digər istiqamətlərindən biri də tarixən burada ucaldılmış qalalardır. Qalalar müdafiə tikililəri olmaqla yanaşı, həm də şəhərsalma mədəniyyətinin mühüm elementi kimi də böyük dəyərə malikdir. Bu gün muxtar respublika ərazisindəki Oğlanqala, Çalxanqala, Əlincə qalası, Naxçıvanqala kimi memarlıq abidələri təkcə xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini yox, həm də qədim şəhərsalma mədəniyyətini günümüzə qədər gətirib çıxarıb.
“Muxtar respublikada tarixi və memarlıq abidələri hərtərəfli qayğı ilə əhatə olunub. Onlar təkcə tarixilik baxımından tədqiq edilmir. Həm də müasirlik baxımından, memarlıq sənətinin yaşadılması baxımından öyrənilir. Bunun nəticəsidir ki, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində tarixiliklə müasirlik vəhdətdə götürülür, qədim memarlıq xüsusiyyətləri qorunub saxlanılır və müasir memarlıq elementləri ilə daha da zənginləşdirilir. Həyata keçirilən tikinti-quruculuq işlərində diqqət yetirilən ən vacib məsələlərdən biri də milliliyin qorunub saxlanılması, yerli torpaq, relyef və iqlim xüsusiyyətlərinin nəzərə alınmasıdır. Artıq Naxçıvanda müasir memarlığın ən yaxşı ənənələri ilə tarixi memarlığın sintezini özündə əks etdirən memarlıq məktəbi təşəkkül tapmışdır. Öz sələflərinin zəngin ənənələrini ləyaqətlə davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə bu gün də dəyərli sənət nümunələri yaradırlar”, - deyə V.Talıbov bildirib.
Ali Məclisin sədri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin növbəti Plenumunun muxtar respublikada keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb, bu tədbirin Naxçıvan memarlıq məktəbi ilə yaxından tanış olmaq, memarlar arasında yaradıcılıq ünsiyyəti yaratmaq və təcrübə mübadiləsi aparmaq baxımından faydalı olacağına inamını ifadə edib.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış edərək deyib ki, bu gün ölkəmizdə müasir memarlığın inkişafı ilə yanaşı, tarixi irsimizin qorunub saxlanılması və tanıdılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, şəhər və qəsəbələrin arxitektura quruluşu və memarlıq siması daha da zənginləşdirilir.
Qeyd olunub ki, Naxçıvan qədim Azərbaycan torpağıdır. Burada memarlıq sənətinin inkişafı bir çox istiqamətlərdə özünü göstərir. Bu gün Naxçıvan memarlıq məktəbi tarixi irsə və ənənələrə əsaslanaraq inkişaf etdirilir. Muxtar respublikanın şəhər, rayon və kəndlərində istifadəyə verilən yeni obyektlər müasir dövrün memarlıq abidələridir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun Naxçıvanda keçirilməsi memarlıq sənətinin inkişafına öz töhfəsini verəcək, müsbət nəticələr əldə olunacaq.
Tədbirdə “Naxçıvanın tarixi memarlıq məktəbi - Əcəmi Naxçıvani”, “Naxçıvan şəhərlərinin şəhərsalma perspektivləri haqqında” və “Naxçıvan Muxtar Respublikası şəhərlərinin müasir inkişaf yolu” mövzularında məruzələr dinlənilib.
Sonra Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun qərarı oxunub.
Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib.
Plenumun qərarında Azərbaycan Memarlar İttifaqının Naxçıvan Bölməsinin yaradılması da öz əksini tapıb. Həmçinin memarlıq sənətinin inkişafındakı xidmətlərinə görə naxçıvanlı memarlardan üçü Azərbaycan Memarlar İttifaqına üzv seçiliblər.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət