Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun olacaq və demokratik və şəffaf şəraitdə keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.
“Əminəm ki, 23 dekabr tarixində Azərbaycanda bələdiyyə seçkiləri şəffaf, demokratik, ədalətli şəraitdə keçiriləcək və beynəlxalq standartlara cavab verəcək”, - deyə M.Pənahov bazar ertəsi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində səsvermə prosesi bütün 5,015 min seçki məntəqəsində ən yüksək səviyyədə keçiriləcək.
“Bunun üçün bütün seçki məntəqlərində müvafiq şərait yaradılıb”, - deyə MSK sədri vurğulayıb.
M.Pənahov qeyd edib ki, növbəti seçkilər Ermənistanın işğalı altında olan torpaqlar istisna olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək.
Onun sözlərinə görə, bələdiyyə seçkiləri 1065 bələdiyyədə 125 seçki dairəsindən 118-də keçiriləcək.
“Bələdiyyə seçkilərində özünü idarəetmə orqanlarında 15,035 min yerə 37,077 min namizəd iştirak edəcək”, - deyə M.Pənahov qeyd edib.
Səsvermə prosesi 5 min 15 seçki dairəsində həyata keçiriləcək.
“Onlardan 4887-si daimi seçki dairələri, 128-i müvəqqəti əsasda fəaliyyət göstərir”, - deyə MSK sədrin qeyd edib.
M.Pənahovun bildirdiyi kimi, 8 siyasi partiya bələdiyyə seçkilərində namizədlərini irəli sürüb, bundan başqa, öz namizədliklərini müstəqil şəkildə irəli sürən iştirakçılar 30 partiyaya mənsubiyyətlərini qeyd ediblər.
“Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin səviyyəsini yüksək qiymətləndirirlər. Əgər 20-ci əsrin sonunda onlar ölkəmizdə keçirilən seçkilər zamanı polisin hərəkətləri ilə bağlı narazılıqlarını bildiriblərsə, hazırda beynəlxalq müşahidəçilər tərəfindən bununla bağlı heç bir irad yoxdur”, - deyə MSK sədri bildirib.
O qeyd edib ki, seçkilər zamanı bəzi nöqsanlar ola bilər.
“Dünyanın istənilən ölkəsində seçkilər ideal şəraitdə keçirilmir. Bu səbəbdən bu cür faktların olması mümkündür. Mən dəfələrlə müxtəlif ölkələrdə keçirilən seçkiləri izləmişəm və hər dəfə hansısa xırda nöqsanlar qeydə alınıb”, - deyə M.Pənahov vurğulayıb.
MSK sədri, həmçinin qeyd edib ki, seçki məntəqələrinin 20%-də və ya 1 min məntəqədə veb-kameralar quraşdırılıb, onların tətbiqi seçkilərin demokratikliyinin göstəricisidir.
Onun sözlərinə görə, 50 mindən artıq müçahidəçi bələdiyyə seçkilərinin gedişini izləyəcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət