Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovçərşənbə axşamı, 23 dekabtr tarixində, səhər saat 8-də ölkədə keçirilən bələdiyyə seçkilərini açıq elan edib.
“Bələdiyyə seçkiləri açıq elan edilir”, - deyə MSK sədri bəyan edib.
Onun sözlərinə görə, bələdiyyə seçkiləri 125 seçki dairəsindən 118-də keçirilir. Qalan yeddi dairədə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edeilməsi səb\bindən bələdiyyə seçkilərinin keçirilməsi mümkün deyil.
“Gün ərzində 5 dəfə səsvermənin gedişi barədə məlumat elan ediləcək: saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da”, - deyə M.Pənahov qeyd edib.
O bildirib ki, özünü idarəetmə orqanlarında hər bir yerə orta hesabla 2,5 namizəd iştirak edir.
“Mərkəzi Seçki Komissiyası demokratik, şəffaf, ədalətli seçkilərin keçiriıməsi məqsədilə bütün lazımi şərait təmin edib. Səsvermənin gedişini 1 min məntəqədə quraşdırılan veb-kameralar sayəsində izləmək mümkün olacaq”, - deyə MSK sədri vurğulayıb.
M.Pənahov elan edib ki, səhər saat 8-də bütün seçki məntəqələrində qapılar açılıb, bələdiyyə seçkiləri start götürüb.
Dekabrın 23-də Azərbaycanda bələdiyyə 125 seçki dairəsindən 118-də 1607 bələdiyyəyə seçkilər keçirilir.
Bələdiyyə orqanlarında 15 min 35 yerə 37 min 77 namizəd iddia edir.
Səsvermə prosesi 5 min 15 seçki dairəsində həyata keçirilir. Seçki məntəqələrinin 20%-də və ya 1 min məntəqədə veb-kameralar quraşdırılıb. Onlardan 4887-si daimi seçki dairələri, 128-i müvəqqəti əsasda fəaliyyət göstərir.
50 min 551 müçahidəçi bələdiyyə seçkilərinin gedişini izləyir.
8 siyasi partiya bələdiyyə seçkilərində namizədlərini irəli sürüb, bundan başqa, öz namizədliklərini müstəqil şəkildə irəli sürən iştirakçılar 30 partiyaya mənsubiyyətlərini qeyd ediblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət