Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunu imzalayıb.
Qanunun mətni rəsmi mətbuatda dərc edilib.
Qanuna əsasən, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat, kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 112 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 590 mln. manat, Dövlət Neft Fondundan transfertlər 10 mlrd. 388 mln. manat səviyyəsində proqnozlaşdırılır, qalan məbləğ digər gəlirlərin payına düşür.
ƏDV üzrə daxilolmalar 3 mlrd. 456 mln. manat, mənfəət vergisi üzrə 2 mlrd. 211 mln. manat, fiziki şəxslərdən gəlir vergisi üzrə 982 mln. manat, aksizlər üzrə 684 mln. manat səviyyəsində planlaşdırılır.
Bundan başqa, dövlət büdcəsində əmlak vergisi üzrə 148 mln. manat, torpaq vergisi üzrə 48 mln. manat, sadələşdirilmiş vergi üzrə 145 mln. manat, mədən vergisi üzrə 116 mln. manat, gömrük rüsumları üzrə 348,4 mln. manat məbləğində daxilolmalar nəzərdə tutulur. Qalan məbləğ digər vergi və ödənişlərin payına düşür.
2015-ci ildə dövlət büdcəsinin sosial xərcləri 5 mlrd. 826 mln. manat və ya dövlət büdcəsinin bütün xərclərinin 27,6%-ni təşkil edəcək.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 46,976 mln. manat, müdafiə xərcləri 1 mlrd. 778,529 mln. manat, təhsil xərcləri 1 mlrd. 711,180 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 2 mlrd. 40,534 mln. manat, səhiyyə xərcləri 777,668 mln. manat məbləğində nəzərdə tutulub.
Gələn il dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsinə 50 mln. manat, Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin formalaşmasına 100 mln. manat həcmində vəsait nəzərdə tutulur. Qalan həcm digər xərclərin payına düşür.
2015-ci ilin dövlət büdcəsi bir barel neftin orta qiyməti $90 olmaqla hazırlanıb.
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət