Azərbaycan gənclərinin prezident İlham Əliyevin ad günündə ona ən böyük hədiyyəsi onların gənclər siyasətinin formalaşmasında iştirakıdır. Gənclər və idman nazirinin müavini İntiqam Babayev belə hesab edir.
“Hesab edirəm ki, dövlət başçısına ən böyük hədiyyə gənclərin dövlətin gənclər siyasətində fəal iştirakıdır”, - deyə İ.Babayev çərşənbə günü “İrəli” İctimai Birliyinin təsis edilməsinin 6 illiyi ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, fəaliyyət göstərdiyi qısa dövr ərzində təşkilat özünəməxsus gənclər brendinə çevrilib.
“Altı il az müddətdr. Lakin buna baxmayaraq, təşkilat böyük nailiyyətlər əldə edib. Təşkilat çərçivəsində qeyri-məhdud ideyaları olan gənclər birləşib”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, “İrəli”nin sıraları bu gün də genişlənməkdə davam edir.
İ.Babayev vurğulayıb ki, nazirlik gənclər təşkilatları ilə əməkdaşlığa böyük önəm verir.
“Gənclər təşkilatları əsas tərəfdaşlarımızdır. Əsas odur ki, hər bir gənc ölkəsinin vətənpərvəri olsun”, - deyə o qeyd edib.
Öz növbəsində Prezident Administrasiyasının Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün ölkədə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir.
“Fəal qurum olan “İrəli” həmin təşkilatlar arasında özünəməxsus yer tutur. Təşkilat ictimaiyyət arasında nüfuza malikdir”, - deyə o qeyd edib.
Birliyin sədri Mirhəsən Seyidov vurğulayıb ki, təşkilat prezident İlham Əliyevin gənclər siyasətini dəstəkləyir. Onun sözlərinə görə, təşkilat özü üçün bir neçə prioritet istiqamət müəyyən edib.
“Həmin istiqamətlər qərarların qəbulu, Qarabağ haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması və milli-mənəvi dəyərlərin qorunmasında gənclərin birbaşa iştirakını təmin edir”, - deyə o qeyd edib.
Təşkilat 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. Təşkilatın əsas məqsədi gənclərin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərməkdir.
“İrəli”nin fəaliyyəti Azərbaycanın bütün region və şəhərlərini əhatə edir.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət