Bu günlərdə Bakıda təqdimatı keçirilmiş “Erməni ictimaiyyətinə informasiya dəstəyi” və qeyri-rəsmi olaraq “Yalan detektoru” adlandırılan layihələr Gürcüstan üçün də maraqlıdır. Tanınmış gürcü ermənişünas alim, akademik Bondo Arvaleladze belə hesab edir.
“Bu yaxınlarda mən Azərbaycan KİV mətbuatından diqqətimi çəkən yeni elmi layihə barədə xəbər oxudum. Bu layihəni həyata keçirilməsi həm də bütün Qafqaz xalqlarının mədəni irsinin və maraqlarının müdafiəsi baxımından praktiki əhəmiyyətə malikdir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi , “AZER-GLOBE” İctimai Siyasi Araşdırmalar İnstitutu nəzdində fəaliyyət göstərən Qafqaz Tarixi Mərkəzi saxtakarlığa yol verən və əsassız yerə qonşu xalqların irsini mənimsəyən erməni müəlliflərin yalanlarını ifşa etmək üçün nəzərdə tutulan unikal layihənin təqdimatını edib. Yeni texnologiyaya əsasən, bəzi erməni alimlərin Qafqaz və digər regionlardakı xalqların lavaş, ney və digər mədəni irs nümunələrinin erməni mədəniyyətinə məxsus sub olması kimi iddialarını birmənalı olaraq elmi üsullarla sübut etmək olar.
“Məsələ bundadır ki, erməni tərəfi UNESCO və beynəlxalq aləmə Qafqaz xalqlarının mədəni dəyərlərini erməni xalqının maddi və qeyri-maddi irs nümunələri kimi təqdim etməyə cəhd göstrərir. Başqasına mənsub mədəni irsin mənimsənilməsi Qafqaz ictimaiyyətini və elmi dairələri narahat etməyə bilməz. Gürcüstan belə problemlərlə çox tez-tez qarşılaşır və hesab edirəm ki, Qafqaz Tarixi Mərkəzinin layihələrində iştirak bəzi erməni alimlərin Gürcüstan mədəni irs elementlərini mənimsəmək cəhdinin qarşısını almağa və irsimizi qorumağa kömək edəcək”,- deyə B.Arveladze qeyd edib.
Onun sözlərinə görə, Qafqaz Tarixi Mərkəzinin ərsəyə gətirdiyi elmi tədqiqatlar və elmi nəticələrin ingilis və digər dillərdə təqdim edilməsi, bynəlxalq təşkilatlara, ilk növbədə UNESCO-ya göndərilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu təşkilatın mütəxəssisləri başqa xalqların mədəni irs nümunələrini erməni mədəni irsi siyahısına daxil edirlər. “Bununla əlaqədar olaraq mən Gürcüstan elmi ictimaiyyətinin nümayəndəsi kimi, Qafqaz Tarixi Mərkəzinin təqdim etdiyi layihəni dəstəkləməyə hazır olduğumu bildirirəm və həm Gürcüstan, həm Ermənistan, həm də Azərbaycanın elmi və qeyri-hökumət təşkilatlarının Qafqaz Tarixi Mərkəzi ilə bu sahədə əməkdaşlığa başlamasının vacibliyini qeyd edirəm”, - deyə gürcü alim vurğulayıb.
Tanınmış gürcü akademik Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun irəli sürdüyü “Erməni ictimaiyyətinə informasiya dəstəyi” və “Yalan detektoru layihələri üzrə təşəbbüsə qoşulacağını söyləyərək, Gürcüstan elmi ictimaiyyəti adından bu layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bəyan edib.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət