Bir sıra qeyri-hökumət təşkilatlarının cinayət işinin araşdırılması çərçivəsində “Azadlıq radiosu”na xaricdən külli miqdarda pulun daxil olması barədə məlumat daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istintaqa yaxın mənbədən məlumat verilib.
Məlumata əsasən, 2010-cu ildə onun hesabına $760 mindən, 2011-ci ildə $570 mindən, 2012-ci ildə $700 mindən, 2013-cü ildə $780 mindən, 2014-cü ildə $730 mindən çox vəsait dail olub.
Alınmış məlumatla əlaqədar olaraq məhkəmənin qərarı ilə bu il dekabrın 20-də “Azadlıq radiosu”nun hesabına həbs qoyulub, dekabrın 26-da radionun yerləşdiyi binada axtarış aparılıb, sənəd və avadanlıqların siyahısı çıxarılıb. Məkan möhürlənib və mühafizə altına alınıb.
“Azadlıq radio”sunun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “Aazadlıq radiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə yaradılıb. Müqaviləyə görə, “Azadlıq radiosu” qəzetin hər nömrəsinə görə onun bankdakı hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanılıb.
“Hazrda “Azadlıq radiosu”nun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir”,- deyə agentliyin müsahibi qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət