Prezident İlham Əliyev azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirliyindən azad edilməsi məsələsini diqqət mərkəzində saxlayır. Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
“Prezident daim bu məsələ ilə məşğuldur. Mən tamamilə əminəm ki, Ramil Səfərovu ölkəyə qaytaran prezident onların da azad edilməsinə nail olacaq”, - deyə Ə.Həsənov jurnalistlərə bildirib.
Leytenant Ramil Səfərov 2004-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Budapeştdə təşkil olunmuş ingilis dili kurslarında erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyi üçün Macarıstan məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Lakin Azərbaycan tərəfi onun vətənə ekstradisiya edilməsinə nail olub. Prezident İlham Əliyevin qərarı ilə R.Səfərov əfv olunub, ona mayor rütbəsi, mənzil və Macarıstan həbsxanasında keçirdiyi 8 ilin əmək haqqı verilib.
Ə.Həsənovun sözlərinə görə, hökumətin adından azərbaycanlı girovlarla bağlı BMT-nin baş katibinə, Avropa Şurasına, Avropa İttifaqına, ATƏT prezidentinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına rəsmi müraciətlər ünvanlanıb.
“Hər bir instansiya müraciətə cavab verib. Cavabların bəziləri formal xarakter daşıyır, bürokratik yanaşmalar mövcuddur, bəziləri bu hadisəyə görə təəssüfləndiyini bildirərək üzr istəyib, bəziləri məsələyə obyektiv yanaşıb”,- deyə baş nazirin müavini qeyd edib.
D.Əsgərov və Ş.Quliyev bu ilin iyul ayının əvvəlində qohumlarının qəbirlərini ziyarət edərkən işğal altında olan Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Əsir düşmüş digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
Qondarma “Dağlıq Qarabağ Respublikası” separatçı rejiminin məhkəməsi D.Əsgərovu ömürlük, Ş.Quliyevi 22 il müddətinə azadlıqdan məhrum edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət