Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2014-cü ildə vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 971 cinayət işi açıb. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü ildə Departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 519 cinayət işi açıb. Beləliklə, 2014-cü il ərzində açılan cinayət işlərinin sayı 87,1% artıb.
Hesabat ilində 205 cinayət işi qanunsuz sahibkarlıq və vergi ödənişindən yayınma, 745 cinayət işi vergilərin ödənilməməsi, yerdə qalan cinayət işləri isə digər faktlarla əlaqədar açılıb.
2014-cü il ərzində 405 cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 26 nəfər barəsində həbs qəti imkan tədbiri seçilib.
Ötən il ibtidai istintaq zamanı bir sıra cinayət işləri üzrə təqsirkar olan şəxslər dəymiş ziyanı ödəyiblər. Onların dövlət büdcəsinə ödənişlərinin həcmi 16 mln. 81,4 min manat təşkil edib. Bundan başqa, cinayət işlərindən biri üzrə təqsirkar şəxsin əmlakının üzərinə 530 min manat məbləğində həbs qoyulub.
2014-cü ildə vergi cinayətlərinə görə axtarışda olan 26 nəfər saxlanılıb. Vergilərin ödənilməsi, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 376 nəfər vergi ödəyicisi aşkar edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb və həmin il avqustun 30-da fəaliyyətə başlayıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət