"Günay Sığorta" şirkəti cümə axşamı nizamnamə kapitalını artırmaq üçün 2,3 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Xəbər verildiyi kimi, əlavə emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 42,6% - 7,7 mln. manata qədər artacaq.
“Şirkətin əlavə emissiyadan olan səhmləri BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. “Günay Sığorta” yanvarın 8-dən səhmlərin yerləşdirilməsinə başlayacaq”, - deyə birja nümayənəsi bildirib.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 2300 ədəd səhmə bölünüb.
Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda “Texnika Kapital Menecment” çıxış edir.
Hazırda şirkətin nizamnamə kapitalı 5,4 mln. manata bərabərdir.
“Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir.
2014-cü ilin yanvar-noyabr aylarında şirkət 164,848 min manat məbləğində sığorta haqqı əldə edib, 75,922 min manat ödəniş həyata keçirib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət