Bakı Ali Neft Məktəbində (BANM) “Microsoft” şirkətinin İKT üzrə Akademiyası (Microsoft IT Academy) yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dan məlumat verilib.
Proqramın koordinatoru Kompüter və informasiya-kommunikasiya texnologiyaları (İKT) kafedrasının dosenti Manafəddin Namazovdur.
İKT üzrə Akademiya “Microsoft” şirkəti tərəfindən informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılıb. Akademiyada gələcəkdə bütün təhsil müəssisələrinin həm tələbə, həm də müəllimləri iştirak edə biləcəklər.
BANM peşəkar biliklərin və bacarıqların mənimsənilməsi üçün tələbələri “Microsoft” şirkətinin yüksək keyfiyyətli təlim texnologiyaları ilə təmin edəcək. Proqramın imkanları genişdir, belə ki, adi istifadəçilər üçün tətbiqi proqramlar və peşəkar kompüter mütəxəssislərinin istifadə etdiyi xüsusi proqramların təlimi nəzərdə tutulur.
Şirkətin sertifikatlaşdırma imtahanlarını uğurla verən tələbələr IT sahəsində öz karyerasını qura bilərlər. İştirakçılar “Essential” (Baza kursu) və ya “Advanced” (Peşəkarlar üçün kurs) səviyyələrini seçə və ya hər iki istiqamətdə hazırlaşa bilərlər. “Essential” səviyyəsində masaüstü kompüterlər və noutbuklar üçün istifadə olunan “Microsoft Office” proqramlar paketi nəzərdə tutulur.
“Essential” səviyyəsinin təlimindən sonra Microsoft Akademiyasının məzunları öz bacarıqlarını təsdiqləmək üçün “Microsoft Office Specialist” (MOS) beynəlxalq sertifikatını əldə edəcəklər.
“Advanced” səviyyəsi IT mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulmuş və masaüstü kompüterlər və noutbukların texniki dəstəyi, kompüter sistemlərinin, şəbəkələrinin və verilənlər bazalarının inzibatçılığı, müxtəlif mühitlərdə mürəkkəb proqram paketlərinin və verilənlər bazalarının hazırlanması istiqamətlərini əhatə edir. Əldə edilmiş biliklər əsasında tələbələr Microsoft Certified Professional (MCP) (Microsoft-un Peşəkarlıq Sertifikatı) beynəlxalq sertifikatını əldə edərək peşəkar səviyyədə karyera qura biləcəklər.
Proqramda iştirak etməyin bir neçə istiqamətdə üstünlükləri var:
Proqramda ali təhsil müəssisələrinin məzunlarına rəqabət üstünlüyü, işəgötürənlərin investisiyalarının cəlb edilməsi, müəllimin vaxtına qənaət edilməsi və İKT sahəsində təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, proqram təminatına xərclərin azaldılması, daimi hüquqi lisenziya, İKT fənlərinin tədrisində səlahiyyətli yanaşmanın həyata keçirilməsi, tələbələrə əmək bazarındakı peşə tələblərinə uyğun təlimlərin təmin edilməsi və s. məsələlər nəzərdə tutulur.
Müəllimlərə əməliyyatların avtomatlaşdırılması sayəsində vaxta qənaət, kompleks təhsil sistemi və tələbələrlə birgə iş üçün interaktiv vasitələr, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, informasiya texnologiyaları sahəsində “Microsoft”un son məlumatlarına daimi müraciət ixtisaslaşmanı (kvalifikasıyanı) yüksək səviyyədə saxlamağı təmin etmə imkanları verəcək.
Tələbələrə təlim yolu ilə əldə edilən bilik və bacarıqlar beynəlxalq sertifikat imtahanları verməyə imkan verəcək ki, bu da müasir cəmiyyətdə əmək fəaliyyətinə başlamaq üçün yaxşı bir başlanğıc olacaq, əldə edilən biliklər məzunlara özlərini sürətlə inkişaf edən informasiya texnologiyaları ilə zəngin müasir dünyada inamlı hiss etməyə imkan verəcək. Burada həmçinin, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, əmək bazarındakı peşə tələblərinə uyğun təlim və iştirakçılar üçün güzəştlər təklif olunur.
A.Zeydulayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət