Seçki məntəqələrində bələdiyyə seçkiləri cüzi istisnalar olmaqla yüksək səviyyədə təşkil olunub və keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov belə hesab edir.
“Seçki komissiyaları üzvlərinin vəzifələrini peşəkar şəkildə yerinə yetirə bilməməsi, seçicilərin səlahiyyətlərini aşması ilə bağlı azsaylı hallar nəzərə alınmasa, seçkilər yüksək səviyyədə keçirilib”, - deyə M.Pənahov MSK-nın bu gün keçirilmiş iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, seçici məntəqələrinin əksəriyyətində səsvermə prosesi mövcud qanunvericiliyə uyğun şəkildə keçirilib.
“Nəzərə alsaq ki, 5015 məntəqədə 1607 bələdiyyəyə seçki keçirilib, buna baxmayaraq, azsaylı xoşagəlməz halları da vurğulamalıyıq. Çalışmalıyıq ki, aşağı seçki komissiyaları vəzifələrini maksimum peşəkarlıqla yerinə yetirsinlər”,- deyə o bildirib.
M.Pənahov qeyd edib ki, MSK çox yüksək səviyyədə maarifləndirmə işləri həyata keçirib.
“Hesab edirəm ki, hətta əvvəlki seçkilərlə müqayisədə bu tədbirlərdə bir addım da qabağa getdik. Bütün addımları atmışıq ki, seçkilərin şəffaf şəkildə keçirilməsi təmin edilsin. Hər beş məntəqədən birində veb-kamera quraşdırılıb”,- deyə o əlavə edib.
M. Pənahov bildirib ki, bələdiyyə seçkilərini 50 mindən çox müşahidəçi izləyib, 8 siyasi partiya seçkilərdə namizədlə çıxış edib, qeydə alınan namizədlərin partiya mənsubiyyəti nəzərə alınsa, 30 siyasi partiyanın üzvləri seçkilərdə iştirak edib. 37 mindən artıq namizəd 15 min 35 yer uğrunda mübarizə aparıb, bu da seçkilərə yüksək marağın olduğunu göstərir.
MSK sədri bələdiyyə seçkilərində seçicilərin yüksək aktivlik nümayiş etdirdiyini qeyd edib.
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 38,93% seçici iştirak edib.
O deyib ki, bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq 58 bələdiyyədən şikayət daxil olub ki, bu da onların ümumi sayının 3%-ni təşkil edir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət