Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyi ilə əlaqədar yubiley tədbirləri keçiriləcək. Bu barədə AMEA-nın prezidenti Akif Əlizadə çərşənbə günü 2014-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.
“Ötən il AMEA-nın həyatında çoxlu sayda mühüm tədbirlər keçirilib. O cümlədən Elm Festivalı və AMEA-nın Gəncə şəhərində bölməsinin açılışı, həmçinin alimlərin birinci qurultayı baş tutub. Qurultayın işində 250 ekspert və elm xadimi iştirak edib. Qurultayın əsas məqsədi bu gün üçün elmin prioritetlərini aşkar etməkdən ibarət olub”, - deyə A.Əlizadə bildirib.
Onun sözlərinə görə, hazırda gənclərlə, xüsusilə gənc alimlər arasında böyük iş aparılır.
“Onlar (gənc alimlər - İF-Az) hiss edirlər ki, elmin qocalması prosesi gedir, lakin hazırkı alim ordusunu əvəz etməyə hazırdırlar. Ancaq bunun üçün bir neçə onillik tələb olunacaq”, - deyə AMEA prezidenti vurğulayıb.
O qeyd edib ki, ötən il alimlərin bir sıra sosial problemləri öz həllini tapıb.
A.Əlizadə məlumat verib ki, apreldə AMEA-nın ümumi iclası keçirilcək.
O qeyd edib ki, əgər elmə ayrılan vəsait artırılarsa, o zaman bu, nəinki elmin inkişafına, həm də sosial tərəfin yaxşılaşmasına müsbət təsir edəcək.
“Lakin bu, o demək deyil ki, biz heç nə ilə məşğul olmamalıyıq və vəsaitin ayrılmasını gözləməliyik. Bu gün Azərbaycanda elmin innovativ inkişafı digər ölkələri də maraqlandırıb, təcrübəni onlarla bölüşməyi xahiş edirlər”, - deyə AMEA prezidenti vurğulayıb.
A.Əlizadə məlumat verib ki, fevralda pilot layiohə çərçivəsində 7 elmi institutun bazasında yeddi ixtisas üzrə AMEA-nın magistraturasına qəbul elan ediləcək. Bunlar antropologiya, geologiya, genetika, molekulyar biologiya, dilçilik və digər ixtisaslardır.
“Bu, ilk dəfə həyata keçirildiyindən, biz çox diqqətli olacağıq”, - deyə A.Əlizadə bəyan edib.
Onun sözlərinə görə, Akademiyanın rəhbərliyi AMEA Rəyasət Heyətinin binasının memarlığında istifadə edilən və sovet dövrünə aid olan elementlərin əvəz edilməsi və ya ləğvi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib.
Akademiyanın prezidenti bəyan edib ki, doktoranturaya qəbul məsələsində “az olsun, amma lap yaxşı olsun” prinsipini rəhbər tutur. Bununla əlaqədar 2015-ci ildə doktoranturaya qəbul daha keyfiyyətli olacaq - təxminən 100-120 namizəd və bu rəqəm planın icra edilməsi üçün kifayət olacaq.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət