Ələt qəsəbəsində yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı cümə axşamı Azərbaycana ilk dəfə səfər edən Türkmənistanın “ro-pax” tipli “Berkarar” gəmi-bərəsini qəbul edib. Bu barədə “AzərTAc” dövlət agentliyi məlumat verir.
Gəminin qarşılanması mərasimində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov çıxış edərək Türkmənistan gəmisinin səfərlərinin müntəzəm olacağına əminliyini bildirib, bu əlaqələrin qardaş ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə təkan verəcəyini diqqətə çatdırıb.
O, həmçinin vurğulayıb ki, Azərbaycanın və Türkmənistanın regional nəqliyyat mərkəzinə çevrilməsi üçün böyük potensialları var və bundan səmərəli istifadə olunmalıdır.
T.Ziyadov xatırladıb ki, 2014-cü ildə yeni inşa olunan Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilib, “ro-ro” tipli gəmilərin yan alacağı terminal isə 2015-ci ilin sonunda istifadəyə veriləcək.
Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov çıxışı zamanı qeyd edib ki, iki dövlət arasında dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmləndirilməsinin əsas amillərindən biri ticarət-iqtisadi fəaliyyətin və tərəfdaşlığın genişləndirilməsidir.
“Türkmənistan və Azərbaycanın bu tərəfdaşlığı iki ölkənin real imkanlarına cavab verən səviyyəyə qaldırılmalıdır və bunun üçün hər cür şərait var”, - deyə diplomat bildirib.
“Berkarar” gəmisi ilk səfərində Azərbaycana 47 TIR və 8 sərnişinlə gəlib. Perspektivdə gəminin tam yüklə və daha çox sərnişinlə səfər etməsi gözlənilir.
Gəminin Bakı-Türkmənbaşı xəttində daimi işləməsi bu xətt üzrə istifadə edilməsi daşıma imkanlarını daha da artıraraq, Türkiyədən gəlib Mərkəzi Asiya istiqamətində hərəkət edən və orta illik həcmi təxminən 50 min olan TIR-ların daha qısa müddətdə qəbul edilib yola salınmasına imkan yaradacaq.
“Berkarar” gəmisi Türkmənistanın sifarişi ilə Xorvatiyanın “Ulyanik” tərsanəsində yığılıb və 2014-cü il dekabrın 5-də Türkmənistana gətirilib. Gəminin uzunluğu 155,8 metr, eni 17,5 metr, hündürlüyü isə 12,2 metrdir. Gəmi birdəfəyə 200 sərnişin götürə bilər, yükgötürmə qabiliyyəti 2400 tondur, hər biri 40 fut olan 54 ağır yüklü avtomaşın (TIR) daşıya bilər.
Xəbər verildiyi kimi, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsi 2014-cü ilin iyun ayında başa çatıb. Limanın tikintisinin podratçısı “Azərkörpü” ASC-dir. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.
Limanın tikintisi üç mərhələdə həyata keçiriləcək. Liman vasitəsilə boşaldılıb yüklənən yüklərin ümumi həcmi 25 mln. ton yük və 1 mln. konteyner təşkil edəcək.
Limanın tikintisinə çəkiləcək xərclər 870 mln. manat həcmində qiymətləndirirlir. Limanın tikintisində birinci mərhələ əsas sayılır və onun reallaşması üçün 540 mln. manat tələb olunur. İkinci mərhələ 150 mln. manat, üçüncü mərhələ 180 mln. manat məbləğində qiymətləndirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət