Sualları Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova cavablandırır
- Gülçöhrə xanım, bu yaxınlarda Erməni Apostol Kilsəsinin (EAK) yeparxiyasının rəhbəri, Gürcüstan ermənilərinin dini rəhbəri Vazgen Mirzaxanyanın Gürcüstan Pravoslav Kilsəsinə məxsus “yüzlərlə kilsənin EAK-a “qaytarılması”nın lazım olması barədə verdiyi bəyanata münasibətinizi bilmək istərdik.
- Ermənilərin gürcü memarlıq abidələrinə iddiaları təəccüb doğurur. Fikrimcə, bu gün gürcü memarlıq abidələrinin tarixi həm gürcü, həm də xarici alimlər tərəfindən çox yaxşı öyrənildiyi halda bu cür məsələləri gündəmə gətirmək və iddialarla çıxış etmək sadəcə olaraq gülüncdür.
Tarixdən bizə yaxşı məlumdur ki, erməni tarixçiləri gürcü memarlıq abidələrinin erməni xalqının irsinə qatmaq uğrunda uzun zamandır mübarizə aparırlar. Hələ İlya Çavçavadze “Erməni alimləri və fəryad edən daşlar” kitabında çox emosional şəkildə və böyük ağrı ilə bu faktlar barədə danışıb və ermənilərin iddialarına cavab verib.
Ermənilər özgələrə məxsus olanları mənimsəmək cəhdləri zamanı abidələrin üzərindəki gürcü yazılarını silməyə, gürcü epiqrafikasına aid daşları erməni epiqrafikasına aid daşlarla əvəz etməyə xəcalət çəkmədilər. Bu faktlar bir çox tarixi kitablarda öz əksini tapıb. Gürcü, sovet və əcnəbi alimlərin tədqiqatlarından sonra bu məsələnin tam həllini tapması hesab olunurdu. Həmin tədqiqatlar sayəsində gürcü xalqının, həmçinin dini memarlıqda necə zəngin irsə malik olduğu bizə məlumdur. Lakin əfsuslar olsun ki, erməni alimləri faktlara diqqət yetirmirlər, onların bütün hərəkətləri hələ də öz irslərini və mədəniyyətlərini “zənginləşdirmək” məqsədilə digər xalqların maksimum çoxlu sayda abidəsinin mənimsənilməsinə yönəlib. Necə ki, 100-150 il öncə erməni alimləri Cənubi Qafqazda guya yalnız bir xristian mədəniyyətinin - erməni mədəniyyətinin mövcud olduğunu sübut etməyə çalışırdılarsa, eyni siyasət bu gün də davam edir.
- Azərbaycan özü də ermənilərin bu cür iddialarından çox əziyyət çəkib, o cümlədən Qafqaz Albaniyasının maddi irsinə olan iddialardan...
- Bəli, bu siyasət biz azərbaycanlılara yaxşı məlumdur. Çünki ermənilər Azərbaycanın memarlıq abidələri barəsində də eyni siyasəti yürüdürlər, baxmayaraq ki, Azərbaycanın memarlıq elmi çoxdan bu məsələyə dair bütün faktları sübut edib. Ancaq biz tədqiqatları davam etdiririk və Azərbaycan alimlərinin çoxlu sayda kitabları var ki, burada Qafqaz Albaniyası memarlıq abidələrinin məhz Azərbaycan xalqının irsinə məxsus olduğu qəti şəkildə sübut olunub.
- Ermənistan tərəfinin Gürcüstanın kilsələrinə iddiaları mövzusuna qayıdarkən, erməni alimləri və dini xadimlərinin sübutlarının nə dərəcədə əsaslı olduğunu bilmək istərdik.
- Memarlıq elmi bu suala çoxdan cavab verib. Dini tikililərin memarlıq obrazının oxşar olmasına baxmayaraq, hər xalqın memarlığının özünə xas olan xüsusiyyətləri var. Hələ 1870-ci illərdə görkəmli gürcü alimi Vaxtanq Beridze Gürcüstan incəsənətinə dair simpoziumlarda iki çıxışı zamanı erkən (4-7-ci əsrlər) və orta əsr (10-13-cü əsrlər) gürcü və erməni memarlığı arasında çox yaxşı müqayisəli təhlil aparıb. Bununla bərabər o, həmin memarlıqlarının oxşar və fərqli cəhətlərini çox gözəl nümayiş etidirb. Alim dekorun həm həcm-planlaşdırma həlli, həm kompozisiyası, həm də xüsusiyyətlərini təhlil edib. Hesab edirəm ki, bu cür dərin təhlildən sonra bu məsələyə bir də qayıtmağın mənası yoxdur. Ermənistan tərəfinin hazırkı hərəkətləri isə onların yalnız məqsədinə nail olmaq - həmin abidələrin yerləşdiyi torpağa iddialarını hansısa üsulla əsaslandırmaq üçün hər şeyə əl atacağını nümayiş etdirir. Görünür, onlar üçün elmi əsaslar sübut deyil və hesab edirlər ki, əgər siyasi məqsədlərinə uyğundursa, istədiklərini yazmağa və deməyə ixtiyarları var.
- Ermənistan tərəfindən bu ümumi təhdidə qarşı durmaq məqsədilə Azərbaycan və Gürcüstan alimlərinin birləşməsi üçün hansı imkanlar mövcuddur? Ermənilər aydın şəkildə gürcü abidələrinə də iddia etdikdən sonra bu cür əməkdaşlıq mümkündürmü?
- Əlbəttə, hesab edirəm ki, Azərbaycan və Gürcüstan alimləri əməkdaşlıq etməlidirlər. Regionda hər hansı mübahisə doğuran abidələrin mövcudluğunu mümkün hesab edirəm, çünki regionumuz kiçikdir və tarixin müxtəlif dövrlərində dövlətlərarası sərhədlər bugünkü kimi dəqiq olmaya bilərdi. Sərhədyanı rayonlarda abidələr var ki, onlara baxdıqda mədəniyyətlərin qarşılıqlı təsiri daha çox hiss edilir. Region xalqları arasında əlaqələr hər zaman olub və bu, memarlıq abidələrində də öz əksini tapıb. Biz hər abidə barəsində tam əsaslandırılmış və obyektiv elmi fikir bildirmək məqsədilə birləşə bilərik və bunu etməliyik. Məqsəd XXI əsrdə erməni alimlərinin yüz il öncə olduğu kimi, qonşu xalqlar barəsində bu cür cəfəng iddialarla çıxış etmələrinə əngəl olmaqdır.
Söhbət etdi Fuad Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət