Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 25 il keçməsinə baxmayaraq, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələri törədənlərin dünya birliyi tərəfindən məsuliyyətə cəlb edilməməsindən təəssüf edir.
“Əfsuslar olsun ki, 20 Yanvar faciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin cümə günü 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, “öz qatillərini - M.Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin”.
“Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, 20 Yanvar cinayəti də var”, - deyə bəyanatda vurğulanır.
QMİ-də əmindirlər ki, 20 Yanvar faciəsinin zamanında öz hüquqi, siyasi qiymətini almaması Qarabağ məsələsinin bugünədək ədalətli həllini tapmamasına da təsirsiz ötüşməyib.
“Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması mərəzi burada da özünü göstərib. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verirlər”, - deyə bəyanatda bildirilir.
QMİ qeyd edir ki, azadlığa, müstəqilliyə aparan yol ağrılıdır və bu yolu qurban vermədən keçmək mümkün deyil. “Şəhidlərimiz olub və yenə də ola bilər”, - deyə bəyanatda vurğulanır.
Həmçinin bildirilir ki, 20 Yanvar günü matəm libası geyib kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət