2014-cü ildə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 17 mlrd. 615,8 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 1,7% aşağıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2014-cü ildə kapital qoyuluşlarının ümumi həcmindən 11 mlrd. 255,2 mln. manat (bütün investisiyaların 63,9%-i) istehsalat təyinatlı obyektlərin, 6 mlrd. 360,6 mln. manat (bütün investisiyaların 36,1%-i) xidmət sahəsində obyektlərin inşasına yönəldilib.
Hesabat dövrü ərzində kapital qoyuluşlarının ümumi həcmindən 4 mlrd. 880,4 mln. manat (bütün investisiyaların 27,7%-i) xarici investisiyaların, 12 mlrd. 735,4 mln. manat (bütün investisiyaların 72,3%-i) daxili investisiyaların payına düşüb.
2014-cü ildə neft sektoruna 5 mlrd. 964,2 mln. manat (bütün kapital qoyuluşlarının 33,9%-i), qeyri-neft sektoruna 11 mlrd. 651,6 mln. manat (bütün kapital qoyuluşlarının 66,1%-i) həcmində investisiya qoyulub.
Hesabat dövrü ərzində tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 13 mlrd. 282,3 mln. manat və ya bütün kapital qoyuluşlarının 75,4%-ni (artım 11,8%) təşkil edib.
2014-cü ildə dövlət müəssisə və təşkilatları tərəfindən 8 mlrd. 490,8 mln. manat (bütün investisiyaların 48,2%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 9 mlrd. 125 mln. manat (bütün investisiyaların 51,8%-i) həcmində kapital qoyuluşları həyata keçirilib.
2014-cü ildə müəssisə və təşkilatların vəsaitləri hesabına 9 mlrd. 654 mln. manat (artım 22,9%), bank kreditlərinin hesabına 540,9 mln. manat (azalma 37,3%), büdcə vəsaitlərinin hesabına 6 mlrd. 452,2 mln. manat (azalma 20,5%), büdcədənkənar fondların vəsaitləri hesabına 324,6 mln. manat (azalma 40,2%), əhalinin vəsaitləri hesabına 566,9 mln. manat (artım 24%), digər mənbələr hesabına 77,2 mln. manat (azalma 13,6%) həcmində kapital qoyuluşları həyata keçirilib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət