1990-cı il yanvarın 20-də Bakıda baş verən faciəli hadisələr nəinki SSRİ-nin süqutuna təkan verərək Azərbaycan xalqının azadlığa son dərəcə can atdığını nümayiş etdirdi, həm də artıq o dövrdə Qərbin postsovet məkanında eyni hadisələrə birmənalı olmayan rəyini ortaya qoydu. Sabiq diplomat, politoloq Fikrət Sadıqov belə hesab edir.
“20 Yanvar hadisələri faciəli olmaqla yanaşı, SSRİ-nin sonunun yaxınlaşması barədə xəbər verən mühüm amil oldu. Bu hadisələrdən sonra hər halda ictimai şüur səviyyəsində birmənalı qərar qəbul edildi ki, bu partiya, xüsusilə də prezident Qorbaçovun rəhbərliyi altında bu cür ölkədə yaşamaq qeyri-mümkündür”, - deyə politoloq “Qara yanvar” hadisələrinin 25-ci ildönümü ərəfəsində “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, yanvar hadisələri, həmçinin “Azərbaycan xalqının müstəqillik, suverenlik şəraitində yaşamaq və bir dəstə insanın iradəsindən asılı olmamaq istəyini nümayiş etdirdi və əslində Azərbaycanın ən yeni tarixində mühüm mərhələyə çevrildi”.
Bununla yanaşı, F.Sadıqov əminliklə bildirib ki, baş verən faciənin əsas günahkarları və ilk öncə SSRİ-nin kemiş prezidenti M.Qorbaçov məsuliyyətə cəlb olunmayıblar, cəza çəkməyiblər. “Əlbəttə ki, burada Qərbin Azərbaycan ərazisində baş verənlərə zəif reaksiya göstərməsi, qoşunların xaincəsinə respublikaya yeridilməsi və dinc əhalinin qanının tökülməsi ilə bağlı dəqiq mövqe bildirməməsi də mövqeyi təəssüf doğurur. Görünür, artıq o zaman anlamaq lazım idi ki, Qərbin eyni hadisələrə yanaşması müxtəlifdir. Biz bunu çox gec anladıq”, - deyə ekspert vurğulayıb.
1990-cı ilin yanvarında respublikanın SSRİ-nin tərkibindən çıxmasına dəstək əlaməti olaraq keçirilən kütləvi nümayişləri güc yolu ilə yatırmaq məqsədilə sovet qoşunlarının Azərbaycana yeridilməsi nəticəsində təkcə Bakıda 130 nəfərdən çox mülki vətəndaş öldürülüb, 600 nəfərdən çox adam yaralanıb, sovet qoşunları şəhərdə çox böyük dağıntılar törədiblər. Bu günə qədər 400 nəfərdən artıq adamın – qadın, qoca və uşağın taleyi məlum deyil.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət