20 Yanvar faciəsi SSRİ-nin dağılmasına gətirib çıxaran önəmli hadisələrdən biri oldu. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunmuş “20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
“Mən 25 il öncə baş vermiş qanlı hadisələri yaxşı xatırlayıram, o zaman hərbi maşınlar silahsız Azərbaycan xalqının üzərinə yeridilmişdi”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, gələcək faciə atmosferi artıq 1990-cı il yanvarın 10-11-də Azərbaycanda hökm sürürdü, yanvarın 16-dək isə vəziyyət daha da gərginləşmişdi.
“Komsomolçular ölkənin regionlarına gedirdilər ki, gəncləri düşünülməmiş addım atmaqdan çəkindirsinlər. Lakin qanlı hərbi maşın artıq işə salınmışdı. Bakıda silahsız insanlara atəş açıldı, dinc əhaliyə qarşı hərbi texnika tətbiq edildi”, - deyə İ.Hacıyeva bildirib.
İ.Hacıyeva söyləyib ki, bu, SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun dinc əhaliyə qarşı hərbi gücdən ilk istifadə faktı deyildi.
“1988-ci ilin payızında Almatı hadisələri baş verdi. Lakin bu faciə Sovet İttifaqının süqutuna gətirib çıxarmadı. Bakıda baş verən qanlı hadisələr isə Azərbaycan xalqının ürəyinə toxundu. Cəsarətlə söyləmək olar ki, bu, SSRİ-nin sonunun başlanğıcı oldu”,- deyə İ.Hacıyeva bildirib.
Nazirliyin nümayəndəsi bugünkü gəncliyin Azərbaycan tarixinin qorunmasında və təbliğində böyük rol oynadığını söyləyib.
“1990-cı ilin qanlı 20 Yanvar hadisələri ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına qarşı çıxış edən Azərbaycan xalqının haqq səsinin susdurulması cəhdi idi”,- deyə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.
Onun sözlərinə görə, 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq günü oldu.
“Biz şəhidlərimizi unutmuruq. Bu gün biz onları həm yad etməliyik, həm də gənclər 25 il öncə baş vermiş hadisələrin təfərrüatlarını bilməlidirlər. O zaman hələ dünyaya göz açmamış bugünkü gənclər öz dövlətinin tarixini yaxşı öyrənməli, 20 yanvar hadisələrini o qədər dərindən bilməlidirlər ki, sanki bu faciəni özləri də yaşayıblar”, - deyə deputat vurğulayıb.
Q.Paşayeva qeyd edib ki, bu hadisələr Azərbaycan xalqının gözünü açdı.
“SSRİ rəhbərliyi qanlı qırğın törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq, azadlıq iradəsini qırmaq istəyirdi, lakin faciənin səhəri günü yüz minlərlə azərbaycanlı ölən bacı-qardaşlarının cənazələrini çiyinləri üzərinə qaldırıb, onları bütün şəhərdən keçirərək Şəhidlər Xiyabanında son mənzilə yola saldı”, - deyən Q.Paşayeva əlavə edib ki, bugünkü gənclər 20-ci əsrin 90-cı illərinin gənclərinin qəhrəmanlığından örnək almalıdır.
O söyləyib ki, 20 yanvar 1990-cı ildə Azərbaycan xalqına qarşı amansız cinayət törədilib.
“Moskvanın dinc əhaliyə divan tutmaq üçün göndərdiyi əsgərlər insan deyildi. Əhalinin təhlükəsizliyini təmin etməli olan xüsusi təlim keçmiş qoşunlar öz tank və zirehli maşınlarını silahsız vətəndaşların, “Təcili yardım” maşınlarının üzərinə sürərək yaralılara yardım eməyə mane olurdular”, - deyə Q.Paşayeva qeyd edib.
O bildirib ki, əməliyyata birbaşa olaraq SSRİ-nin Bakıdakı yüksək vəzifəli məmurları rəhbərlik edirdi.
“SSRİ rəhbərliyi Dağlıq Qarabağ muxtar respublikasının Azərbaycanın tərkib hissəsindən çıxarılması məsələsini və onun Ermənistana verilməsini dəstəkləyirdi. Azərbaycanlıları öz evlərindən qovdular. Biz Dağlıq Qarabağda baş verənlərlə barışa bilmirdik və Azərbaycan xalqı öz etiraz səsini ucaltdı. Kreml isə ədalətli çağırışları eşitmək əvəzinə onu susdurmağı seçdi”,- deyə Q.Paşayeva qeyd edib.
O deyib ki, Azərbaycan gənclərinin ölkəmizin tarixini bilməsi vacibdir.
“Bu hadisələrin ətrafında böyük siyasi oyunlar gedirdi. Gənclər tariximizi öyrənməli və Azərbaycan həqiqətlərini təbliğ etməlidir. 1990-cı il yanvarın 20-də Bakıda, 1992-ci il fevralın 26-da Xocalıda baş verənlərə görə indiyə qədər heç kim cəzalandırılmayıb. Lakin dövlətimizin yürütdüyü siyasət nəticəsində dünyada artıq çoxları Ermənistan tərəfinin Azərbaycan barədə yaydığı yalan məlumatlara inanmırlar. Azərbaycan gəncləri erməni yalanına qarşı mübarizəni gücləndirməlidir. Vətənpərvərliyin təzahürü məhz budur”, - deyə Q.Paşayeva vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət