Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və münaqişənin həllinə müəyyən töhfə verməyə çalışır. Bu barədə Almaniya kansleri Angela Merkel bəyan edib.
“Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq”, - deyə A.Merkel çərşənbə günü Berlində Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
Kansler deyib ki, Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür və Fransa, Rusiya, ABŞ-dan olan həmsədrlərin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqları dəstəkləyir. “Biz görürük ki, cənab Prezident Əliyev ermənistanlı həmkarı ilə görüşür, söhbətlər və danışıqlar aparır. Düşünürük ki, bu münaqişə ilə əlaqədar yalnız bir yol var - sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”, - deyə A.Merkel vurğulayıb.
Öz növbəsində İ.Əliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq status-kvonu olduğu kimi saxlamaq istəyir. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, bütün başqa münaqişələr kimi vahid bir yanaşma olmalıdır.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət