Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Səudiyyə Ərəbistanının kralı bu gecə vəfat edib. O, cümə ibadəti başa çatdıqdan sonra dəfn ediləcək.
Kral ailəsi Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimindən sonra cümə günü yeni monarx Salman Əbdüləzizə və varis şahzadə Mukrinə beyət etmək üçün Ailə Şurasına toplaşacaq.
79 yaşlı kral Salman Əbdüləziz Səudiyyə Ərəbistanının I kralı Feysəl və onun sevimli xanımı Hassa Əs-Sudayrinin yeddi oğlundan biridir. O, əvvəllər Ər-Riyad əyalətinin qubenatoru, Səudiyyə Ərəbistanının müdafiə naziri və baş nazirin birinci müavini vəzifələrində çalışıb. 2012-ci ilin yayından etibarən Kral Abdullahın səhhətində problemlər yarandıqdan sonra o, faktiki olaraq ölkəni idarə etməyə başlayıb.
Müşahidəçilər qeyd edirlər ki, Salman krallıq taxtına ölkə üçün heç də asan olmayan bir dövrdə, ultrakonservator monarxiyanın internetdə söz azadlığı ilə bağlı müasir çağırışlarla daha tez-tez toqquşduğu bir vaxtda yiyələnib.
Mərhum kral Abdullah öz hakimiyyəti dövründə ölkənin müasirləşdirilməsinə, təhsil, qadınların hüquqlarının genişləndirilməsinə yönəlmiş bir sıra islahatlar həyata keçirməyə başlayıb. Salman sələfinin islahatlarını dəstəkləyib, lakin o, ölkədə sürətlə aparılan islahatlara da qarşı olub.
Kral Salmanın dövlətin OPEK siyasətində sələfinin xəttini davam etdirməsi və neft hasilatını yüksək səviyyədə saxlaması gözlənilir.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət