Bu il Azərbaycanda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun qəbul edilməsi gözlənilir. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin bu gün keçirilən iclasında bildirib.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun çox vacib qanunverici aktdır. Hazırda Azərbaycanda bu qanunun qəbul edilməsi üçün çox yaxşı baza mövcuddur”, - deyə o qeyd edib.
E.İbrahimovun sözlərinə görə, Azərbaycanın bu sahədə yaxşı təcrübəsi var.
“Orta sahibkarlar kooperasiyası ölkənin kənd təsərrüfatının inkişafına böyük fayda verəcək. Yaxşı haldır ki, Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna baxılacaq və məhz ölkədə “Kənd təsərrüfatı ili” elan olunduğu bir dövrdə bu qanun qəbul ediləcək.
O, həmçinin deyib ki, Milli Məclis yaz sessiyası çərçivəsində “Kənd təsərrüfatına dair informasiya-konsultasiya xidmətləri haqqında” qanunun qəbul edilməsi ilə bağlı məsələyə də baxılacaq.
İclasda parlamentin payız sessiyası müddətində komitənin işinin yekunları da müzakirə olunub. Qeyd edilib ki, payızda komitənin təşəbbüsü ilə “Fitosanitar nəzarət haqqında”, “Baytarlıq haqqında”, “Ov haqqında”, “Ərzaq məhsulları haqqında”, “Balıqçılıq haqqında”, “Pambıq haqqında” qanunlara düzəlişlər edilib.
Komitə üzvləri çərşənbə günü Torpaq Məcəlləsinə və “Torpaq bazarı haqqında”, “Torpaq icarəsi haqqında” qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrini də nəzərdən keçiriblər.
Debatların yekunları üzrə yuxarıda qeyd edilən məsələlərin Milli Məclisin plenar iclasına çıxarılması qərara alınıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət