Azərbaycanda mobil rabitə operatoru “Azercell Telekom” MMC respublikada fəaliyyətini genişləndirmək niyyətindədir. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatında deyilir.
Nazir Əli Abbasov “Azercell Telekom”un daxil olduğu “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb.
“Görüş zamanı “Azercell Telekom”un Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlavə tədbirlərin reallaşdırılması və şirkət tərəfindən innovativ texnologiyaların və səmərəli xidmətlərin tətbiqinin davam etdirilməsinə dair təkliflər müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.
“TeliaSonera” şirkətinin vitse-prezidenti, dövlət və ictimaiyyətlə əlaqələr üzrə qrupun rəhbəri Kell Lindstrem, “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinin icraçısı Vahid Mürsəliyev, şirkətin texniki direktoru Mikael Forsberq nazir Ə.Abbasovla Azərbaycanda mobil rabitə sektorunun inkişafı, o cümlədən bu sahədə texniki məsələlər, şirkətlə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Ə.Abbasov mobil rabitə xidmətlərinin keyfiyyətinin daha da artırılması, yeni xidmətlərin tətbiqinin genişləndirilməsi, həmçinin “Azercell”-in təqdim etdiyi LTE texnologiyalarının gələcəkdə ucqar yaşayış məntəqələrinə qədər çatdırılmasının vacibliyini vurğulayıb.
Nazir o cümlədən “Bakı 2015” I Avropa Oyunlarına hazırlıq çərçivəsində davamlı, dayanıqlı, etibarlı və yüksək keyfiyyətə malik şəbəkənin qurulması istiqamətində işlərin gücləndirilməsinin vacibliyini qeyd edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət