SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məxsus Kulevi neft terminalı 900-cü tankeri qəbul edib və yola salıb. Bu barədə limanın məlumatında bildirilir.
Terminal 2008-ci ilin may ayında istismara verilib. İstismara verildikdən 1 ay sonra terminalda ilk tanker yüklənərək yola salınıb. Fəaliyyətə başladıqdan sonra il yarım ərzində liman 40 min tona qədər tutumu olan tankerləri qəbul edib, 2009-cu ilin sonundan liman daha böyük, o cümlədən 115 ton tutumu olan AFRAMAX tipli müasir gəmiləri yükləməyə başladı”,- deyə məlumatda qeyd edilir.
Hazırda terminalın rəhbərliyi nəql edilən məhsulların çeşidlərinin genişləndirilməsi üzərində işləyir. Bundan başqa, limanın akvatoriyasının gecə vaxtlarında tankerləri qəbul etməyə və yola salmağa imkan verən əlavə naviqasiya vasitələri ilə təchiz edilməsi üzrə işlərin həyata keçirilməsi planlaşdırılır.
2012-ci ilin iyun ayında Kulevi neft terminalında maye karbohidrogen qazlarının qəbulu və yüklənməsi üzrə obyekt istismara verilib. Həmin ilin dekabr ayında terminaldan propilen yüklənmiş ilk tanker yola salınıb. 2014-cü ildə terminal metanolun yüklənib boşaldılması üzrə yeni nasos stansiyasını istismara verib. Ümumilikdə terminal istismara veriləndən 17,6 mln. ton yük daşınıb.
Xəbər verildiyi kimi, SOCAR tərəfindən Kulevi terminalının alınması haqqında müqavilə 2006-cı il dekabrın sonunda imzalanıb. SOCAR bu obyektin 100%-lik sahibidir.
Terminalın istismara verilmə mərasimi 2008-ci il mayın 16-da keçirilib. Terminalın ilkin gücü 10 mln. ton (3 mln. ton neft, 3 mln. ton dizel yanacağı və 4 mln. ton mazut) təşkil edir və gələcəkdə daha 20 mln. tondan artıq həcmədək artırılacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət