“İnterfaks-Azərbaycan” agentliyinin Strasburqdakı müxbirinin suallarına Milli Məclisin deputatı Fazil Mustafa cavab verir
24 aprel tarixinin yaxınlaşması ilə əlaqədar ermənilər 1915-ci ildə baş vermiş uydurma “soyqırımı”nın tanınması istiqamətində beynəlxalq arenada səylərini artırırlar. Hüquqi nöqteyi-nəzərdən sizin bu məsələlərlə bağlı fikrinizi bilmək istərdik.
- Məsələnin obyektiv şəkildə öyrənilməsi tarixi saxtalaşdırmanın ifşa edilməsinə gətirib çıxaracaq. “Erməni soyqırımı” iddiaları bu gün siyasi alət kimi istifadə olunan mövzuya çevrilib. Üstəlik, soyqırımı iddiaları əsassızdır. Bildiyiniz kimi, bunu sübut etmək üçün Türkiyə hökuməti növbəti addım atıb - obyektiv araşdırmalar üçün arxivləri açıb. Lakin obyektiv araşdırma məsələsi qaldırılan kimi erməni tarixçiləri sakitləşdilər, çünki belə bir araşdırma Türkiyənin tamamilə haqlı olduğunu nümayiş etdirəcək.
Birinici Dünya müharibəsi zamanı Türkiyə hətta ermənilərin satqın çıxaraq rus qoşunlarının tərkibində vuruşmalarına baxmayaraq, onların xilas edilməsi üçün xeyli səy göstərib. Buna görə də erməni xalqının xilas edilmək məqsədi ilə köçürülməsini soyqırımı kimi qələmə vermək yanlışdır. Ola bilər ki, köçürülmə zamanı xəstəlikdən yollarda ölənlər olub, hakimiyyətə tabe olmayan müxtəlif quldur dəstələrinin hücumları nəticəsində də ölüm halları baş verib. Bütün bunları “soyqırımı” kimi təqdim etmək düzgün deyil.
Əgər xatırlayırsınızsa, ermənilər Türkiyənin maliyyə piramidasında yaxşı mövqelər tutmuşdular, hətta ölkə hökumətində də təmsil olunurdular. I Dünya müharibəsi zamanı Türkiyənin xarici işlər naziri milliyyətcə erməni olub. Buna görə də ermənilərin iddiaları əsassızdır və bunu sübut etmək heç də çətin deyil.
- Yanvarın 28-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İsveçrədə “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuz olması barədə daha əvvəl çıxardığı qərardan erməni tərəfinin verdiyi apellyasya şikayətinə baxıb. Siz Strasburqda məhkəmə prosesinin getdiyi zaman AİHM-in binası qarşısında yüzlərlə türk və azərbaycanlı ilə birgə Türkiyə və Azərbaycan diasporlarının işə ədalətlə baxılmasını tələb edən kütləvi aksiyasında iştirak etmisiniz. İşə bu dəfə də ədalətlə baxılacağını gözləmək olarmı?
Qeyd edim ki, hazırda Avropa məkanında bu məsələyə yanaşmada siyasi motivlər üstünlük təşkil edir, onlar bu məsələyə hüquqi-nöqteyi nəzərdən qiymət verilməsinə təsir göstərir. Ümid edirik ki, AİHM ən azından tarixə ədalətsiz qərar vermiş məhkəmə kimi düşmək istəməyəcək və hakimlər müvafiq qərar çıxaracaqlar. Mən ədalətin zəfər çalacağına inanıram.
- Ermənilərin “1915-ci il soyqırımı”nı dünya ictimaiyyətinə zorla qəbul etdirmək cəhdlərinə yol verilməməsi istiqamətində Azərbaycan və Türkiyənin əməkdaşlığı barədə nə deyə bilərsiniz?
-Həm “erməni soyqırımı”, həm də Qarabağ məsələsi bizim ümumi problemimizdir. Mən hətta deyərdim ki, bu, təkcə iki ölkənin problemi deyil, Ermənistanın səsləndirdiyi iddialar bütün türk dünyasına qarşı yönəlib. Erməni təbliğatı yaşadığı yerdən asılı olmayaraq türkləri hər yerdə barbar kimi qələmə verməyə çalışır. Ona görə də bu təbliğatın qarşısını almağa ehtiyac var. Əslində ermənilər türklərə qarşı hər zaman satqınlıq, xəyanət və bu kimi digər alçaq addımlar atıblar. Bu baxımdan bu kimi məsələlərdə bizim birlikdə hərəkət etməkdən başqa yolumuz yoxdur. Bunun alternativi yoxdur.
Diasporların işi paralel şəkildə qurumalıdır, belə məsələlərdə biz dərhal bir-birimizə qardaşlıq dəstəyi göstərməliyik. Qondarma soyqırımının tanınması ən azından beynəlxalq arenada Azərbaycanın mövqeyinin zəifləməsinə gətirib çıxaracaq, biz buna yol verməməliyik. Biz videoyazılar və çoxlu sayda digər sübutlar təqdim etməklə əsl soyqırımının Xocalıda törədildiyini dünyaya sübut etməliyik. Soyqırımı törədilməsini saxta sənədlərlə sübut etmək olmaz. Erməni saxtakarlıqlarının qarşısını almaq üçün birgə mübarizə qaçılmazdır.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət