Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Bəxtiyar Əliyev məktəbəqədər və orta təhsil haqqında qanun layihələrinin hazırlanmasının vacibliyini qeyd edir.
“Bu gün uşaqların beş yaşından məktəbə hazırlanması məsələsi xüsusi əhəmiyyət daşıyır. Bununla əlaqədar olaraq məktəbəqədər təhsil haqqında qanun layihəsinin işlənib hazırlanmasının vaxtı çatıb”, - deyə B.Əliyev cümə axşamı komitənin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, komitə bu məsələdə Təhsil Nazirliyinə kömək göstərməyə hazırdır.
“Yeni uşaq bağçalarının tikintisi məsələsinə ciddi yanaşmaq lazımdır, dövlət bu istiqamətə böyük diqqət ayırır”,- deyə deputat əlavə edib.
O, orta təhsil haqında da qanun layihəsinin hazırlanmasının və qəbul edilməsinin vacib olduğunu söyləyib.
“Azərbaycan fəal şəkildə Avropaya inteqrasiya edir. Buna görə də bu iki qanunvericilik aktının qəbul edilməsi zəruridir”,- deyə B.Əliyev qeyd edib.
O, həmçinin həyata keçirilən islahatlar çərçivəsində elm və təhsilin birləşdirilməsinə yönəlmiş tədbirləri də qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət