Moldovanın insan hüquqları üzrə müvəkkili Aureliya Qriqoriu hesab edir ki, Xocalı soyqırımının müqəssirləri tez və ya gec layiq olduqları cəzanı alacaqlar.
“Mən bilirəm ki, cinayət işləri açılıb və Azərbaycan Baş Prokurorluğu onları beynəlxalq məhkəməyə vermək üçün sənədlər toplayır. Hesab edirəm ki, bu adamlar məsuliyyətə cəlb ediləcəklər”, - deyə A. Qriqoriu “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Ermənistan rəhbərliyinin Qarabağ müharibəsi zamanı törədilmiş cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə məsuliyyətə cəlb edilməsi mexanizmi haqqında sualı cavablandırakən bildirib.
Moldovalı ombudsman qeyd edib ki, Xocalı qətliamı ilə birbaşa əlaqəsi olan Ermənistanın indiki rəhbərliyi hüquqi məsuliyyətə cəlb olunmalıdır.
“Beynəlxalq normalara sözsüz əməl edilməlidir. Beynəlxalq humanitar hüquq normalarına əsasən belə şəxslər başqa dövlətlərin rəhbərləri olub-olmamalarından asılı olmayaraq beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməlidirlər”,- deyə o qeyd edib.
A.Qriqoriu qeyd edib ki, Mixail Qorbaçov 20 yanvar hadisələrinə görə məsuliyyət daşımalıdır.
“Qorbaçov tankları dinc əhalinin, birbaşa öz vətəndaşlarının üzərinə yeritmək əmri verib. Bu biabırçı hadisə onunla nəticələndi ki, SSRİ kimi böyük bir dövlət dağıldı. Bu hadisələrdən dərs çıxarmaq lazımdır. Qorbaçov beynəlxalq sülh mükafatı laureatı olaraq Azərbaycan xalqından üzr istəməlidir. Dünya birliyi bu hadisələrə qiymət verməlidir”, - deyə ombudsman bildirib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət