“Bakı-2015”Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək beş sazişə imza atıb.
Bağlanmış yeni sazişlərə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Slovenija və Portuqaliyanın ödənişli Sport TV adlı ictimai televiziya şirkətləri Oyunlar müddətində Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq. «Bakı-2015» artıq dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdir.
“Mən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Avropanın daha beş aparıcı televiziya şəbəkəsi ilə yayım sazişi imzalamasından və bununla da müqavilə bağlanmış ölkələrin sayının 47-yə çatmasından çox məmnunam”, - deyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.
“Bu yay keçiriləcək birinci Avropa Oyunlarını mümkün qədər çox insanın izləməsi bizim üçün çox vacibdir. Açılış mərasiminə 130 gün qalıb və bu kimi yeni sazişlərin bağlanması məqsədimizə nail olmaq istiqamətində böyük addımdır”, - deyə o vurğulayıb.
Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı açılış və bağlanış mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş silsilə “Bakıya Yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.
“Bu sazişlər Avropada və onun hüdudlarından kənarda on milyonlarla tamaşaçının birinci Avropa Oyunlarını izləməsinə imkan yaradacaq. 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının yayımlanmasında mühüm təcrübəyə malikdirlər”, - deyə «Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna söyləyib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət