Los-Anceles Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrini alqışlayır və yüksək qiymətləndirir. Los-Anceles şəhəri adından Azərbaycanın Dağ Yəhudiləri icmasına ünvanlanmış təşəkkürnamədə belə deyilir.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Los-Anceles Şəhər Şurasının üzvü Paul Koretz təşəkkürnaməni həmin şəhərdə səfərdə olan nümayəndə heyətinə təqdim edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Dağ Yəhudiləri sinaqoqunun ravvini Avraam Yakubov daxil olub.
Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, bu sahədə hazırda oynadığı nümunəvi rol, ölkə rəhbərliyi tərəfindən bütün dini icmalara göstərilən qayğı, eləcə də Azərbaycanın qədim yəhudi icmasının tarixi və bu gün ölkəmizdə əmin-amanlıq şəraitində yaşaması əsas müzakirə mövzusu olub.
Həmin gün nümayəndə heyətinin üzvləri Los-Anceles Şəhər Şurasının iclasında P. Koretz tərəfindən təqdim olunublar.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Kaliforniyada səfərdə olan nümayəndə heyəti Amerika İsrail İctimai Əlaqələr Komitəsi və Amerika Yəhudiləri Komitəsinin Los-Anceles bölməsinin idarə heyətinin üzvləri ilə, eləcə də UCLA universitetindəki Hillel yəhudi mərkəzinin professor və tələbələri ilə görüşüblər.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət