Ermənistan atəşkəs rejiminin pozulması hallarını, eləcə də Azərbaycanla dövlət sərhədində kəşfiyyat-təxribat qruplarının həmlələrini artırmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməyə çalışır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan-Ermənistan sərhədində tez-tez baş verən atışmalara bağlı suallara cavab olaraq bildirilib.
“Ermənistan Qarabağda qoşunların təmas xəttində, eləcə də Ermənistan-Azərbaycan sərhədində vəziyyəti gərginləşdirməklə KTMT-ni Qarabağ münaqişəsinə cəlb etməyə çalışır, lakin bu cəhdlər mənasızdır, biz dəfələrlə demişik ki, Ermənistana hücum etmək məqsədimiz yoxdur, biz BMT tərəfindən tanınmış sərhədlərdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istəyirk”, - deyə mətbuat xidmətindən qeyd edilib.
Nazirlikdən bildirilib ki, son bir neçə ayda erməni kəşfiyyat-təxribat qruplarının Azərbaycan-Ermənistan dövlət sərhədində tez-tez keçirdikləri əməliyyatlar və iriçaplı pulemyot və minaatanlardan atəş açmaları bunu sübut edir.
“Ermənistan rəhbərliyinin öz çirkin planlarına nail olmaq üçün öz əsgərlərinin həyatına heyfi gəlmir. İrəvan onları hər gün ölümə göndərir. Təkcə yanvar ayında düşmən tərəf 50 hərbçisini itirib. Bu, Ermənistan Müdafiə Nazirliyinin səsləndirdiyi rəsmi rəqəmlərdir, haqqında danışılmayan əsgər ölümlərinin sayını da bu siyahıya əlavə etsək, Ermənistan tərəfinin itkisi daha çox olar”, - deyə nazirlikdən bildirilib.
Agentliyin müsahibi, həmçinin Ermənistan Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çoxsaylı itki verməsi barədə yaydığı məlumatlara da toxunub.
“Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin itkilər verməsi barədə yalan məlumatlar yayır. Bütün bunlar Ermənistan ordusunun verdiyi canlı qüvvə və hərbi texnika itkilərini ört-basdır etmək üçündür. Belə informasiya yalnız daxili auditoriya üçün nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilib.
“Məlum olduğu kimi, müharibələr itkisiz olmur. Ermənistan tərəfinin Azərbaycanın itkiləri barədə verdiyi rəqəmlər gülüncdür. Bu qədər cəsədi gizlətmək mümkün deyil, üstəlik biz informasiya texnologiyalarının inkişafı dövründə yaşayırıq”,- deyə o əlavə edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət