Fevralın 4-də Dövlət Film Fondunda Azərbaycanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, görkəmli kinorejissor Şamil Mahmudbəyovun xatirə gecəsi keçirilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Sənətkarın anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu tərəfindən təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə foyedə görkəmli kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş fotosərgi ilə tanış olublar.
Dövlət Film Fondunun icraçı katibi Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə, rejissor Elxan Qasımov, kino işçisi Nadir Əzməmmədov və başqaları görkəmli kinorejissorun həyat və yaradıcılıq yolu barədə söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.
1969-cu ildə çəkilmiş “Şərikli çörək” filmi rejissora böyük şöhrət qazandırdı. Böyük Vətən müharibəsindən sonrakı ilk illərdə Bakı və bakılılar haqqında səmimi söhbət açan bu film haqlı olaraq Azərbaycan kinosunun Qızıl fonduna daxil olub. 1970-ci ildə rejissor “Şərikli çörək” filminə görə dövlət mükafatına layiq görülüb.
Ş.Mahmudbəyov, həmçinin bir neçə sənədli filmin və “Mozalan” satirik kinojurnalı üçün süjetlərin müəllifidir.
Ağır xəstələnmiş rejissor “Divar” və “İnsan” adlı sonuncu televiziya kinolentlərini tamamlamağa macal tapmayıb, 1997-ci ildə Bakıda vəfat edib.
Rejissorun ailəsi adından çıxış edən bacısı qızı, Bakı Musiqi Akademiyasının professoru Leyla Abbasquliyeva görkəmli sənətkarın xatirəsinə göstərilən diqqət və hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbirin sonunda Ş.Mahmudbəyovun sonuncu işi olan, yeni dövrün reallıqlarından bəhs edən “İnsan” televiziya filmi göstərilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət