"Vətəndaşların müraciəti haqqında" qanun layihəsi çərşənbə axşamı Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilib.
"Bu qanunvericilik aktı müzakirə olunmaq üçün parlamentə dövlət başçısı tərəfindən göndərilib. Qanun layihəsi demokratik cəmiyyətin əsas institutlarından biri olan nəzarət mexanizmini təmin etməyə xidmət edir", - deyə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Onun sözlərinə görə, belə nəzarət mexanizminin ən mühüm tərkib hissələrindən biri vətəndaşların bu və ya digər məsələ və problemlərlə bağlı yuxarı orqanlara müraciət etməsi üçün şəraitin təmin edilməsidir.
"Müraciət üçün imkan yaradılması vətəndaşların konstitusiya hüququdur", - R.Aslanova vurğulayıb.
O, "Vətəndaşların müraciəti haqqında" qanunun qəbul edilməsinin əhəmiyyətini qeyd edib və vurğulayıb ki, bu sahədə mövcud qanun hələ 1997-ci ildə qəbul edilib və bu sahənin təkmilləşdirilməsinə zərurət yaranıb.
Komitə sədri deyib ki, qanun layihəsi 17 maddədən ibarətdir.
"Bu qanunvericilik aktı üç əsas funksiyanı yerinə yetirir: hüquq pozuntularının qarşısının alınması və bu məsələdə mövcud problemlər haqqında yerli və mərkəzi orqanların məlumatlandırılması, informasiya və nəhayət, vətəndaşlarla dövlət arasında əlaqələrin inkişafına yönəlmiş kommunikasiya funksiyası", - deyə R.Aslanova vurğulayıb.
Onun sözlərinə görə, hazırda bir çox strukturlar vətəndaşların eyni problemlərlə bağlı təkrar müraciətlərinə məhəl qoymurlar.
Qanun layihəsindəanonim və kollektiv müraciət növləri də nəzərdə tutulub.
Sənəd Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmaq üçün tövsiyə olunub.
Bundan başqa, iclasda Milli Məclisin payız sessiyası çərçivəsində İnsan hüquqları komitəsinin fəaliyyətinin yekunları nəzərdən keçirilib.
Qeyd edilib ki, payız sessiyasında komitənin dörd iclası keçirilib. Bu iclaslarda 11 məsələ, o cümlədən "İnsan alverinə qarşı mübarizə haqqında", "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında", "KİV haqqında" və s. qanunlara düzəlişlər müzakirə olunub.
"Hesabat dövründə komitəyə 282 sənəd daxil olub, komitə rəhbərliyi 100 vətəndaşı qəbul edib. Bundan əlavə, parlament komitəsi adından müxtəlif ünvanlara layihə və müraciətlərə baxılması üçün 140 məktub göndərilib", - deyə R.Aslanova söyləyib.
R.Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət