Azərbaycanda heç bir zaman antisemitizm və ya hər hansı dini ayrı-seçkilik olmayıb. Kolorado ştatında nəşr olunan və ABŞ-ın nüfuzlu yəhudi nəşrlərindən biriolan “IntermountainJewish News” qəzetində Kris Leppekin müəllifi olduğu“Azərbaycan Denverə gəlir”başlıqlı məqalədə belə deyilir.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə aparılmış müsahibə əsasında yazılan məqalədə baş konsul Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edərək, ölkəmizdə müxtəlif dini etiqadlar arasında mövcud olan qarşılıqlı etimad və mehriban münasibətlərdən söz açıb.
Rəhbərlik etdiyi diplomatik missiyaya ABŞ-ın qərb regionunda yerləşən 13 ştatının həvalə olunduğunu bildirən N.Ağayev, Baş Konsulluğun həyata keçirdiyi fəaliyyətlər arasında qeyd olunan ştatlarda, o cümlədən Koloradoda yaşayan dost yəhudi icması ilə münasibətlərin inkişaf etdirilməsinin önəmli yer tutduğunu qeyd edib.
Həmçinin, baş konsul əsrlərdən bəri Azərbaycanda məskunlaşan yəhudi icmasından bəhs edərək, yəhudilərin tarixən Azərbaycanın siyasi, ictimai, mədəni həyatında oynadığı rolun önəmindən danışıb. O, Azərbaycanda bu gün müsəlmanların, yəhudilərin və xristianların sülh və təhlükəsizlik şəraitində yaşadığını bildirərək, bunun hazırda bütün dünya üçün gözəl bir nümunə və model təşkil etdiyini söyləyib.
Məqalədə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və aparılmış etnik təmizləmə faktları da qeyd olunub. N.Ağayevin bu barədə fikirlərinə istinad edən müəllif, 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətindən bəhs edərək, Ermənistan tərəfindən törədilən zorakılıq nəticəsində on minlərlə azərbaycanlının öz həyatını, bir milyona yaxın azərbaycanlının isə öz doğma yurd-yuvalarını itirdiyini vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət