Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun (İHİ) əməkdaşı, tanınmış jurnalist Eldəniz Elgünün “Erməni psixologiyası” kitabının təqdimatı olub.
“Son iki yüz il ərzində biz ermənilər tərəfindən mənimsənilmiş azərbaycanların qədim ata-baba yurdlarında qondarma “Böyük Ermənistan”ın yaradılması məqsədi ilə etnik təmizləmələrin, terror siyasətinin, soyqırımların şahidi oluruq. Bu siyasət məqsədyönlü şəkildə XIX əsrdə Qarabağın dağlıq hissəsinə Türkiyə və İrandan gəlmə ermənilərin yerləşdirilməsi ilə başlayıb. Ermənilərin sayının süni surətdə artırılması ona gətirib çıxardı ki, XX əsrin əvvəlindən ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırmağa başladılar”,- deyə tədbiri giriş sözü ilə açan AMEA İHİ-nin direktor müavini, professor Lalə Əhmədova bildirib.
Onun sözlərinə görə, bu gün ermənilər vandallıq və ilhaq siyasətini yalnız türk xalqına qarşı aparmırlar.
“Bu prosesləri qonşu dövlətlərdə, məsələn, Gürcüstanda da müşahidə etmək olar, onlar Cavaxetiyaya qarşı ərazi iddiası qaldırırlar”, - deyə L.Əhmədova vurğulayıb.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, öz növbəsində qeyd edib ki, AMEA nəzdində yaradılmış Azərbaycan xalqına qarşı törədilən soyqırımların öyrənilməsi üzrə komissiya dünya ictimaiyyətini ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər, İrəvanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti barədə məlumatlandırır.
“Bu il bu proses xüsusi aktuallıq kəsb edir, çünki erməni lobbisi qondarma “erməni soyqırımı”nın 100 illiyini geniş şəkildə qeyd etməyə hazırlaşır. Bu, ermənilərin törətdikləri cinayətlərə göz yuman xarici qüvvələrin açıq şəkildə dəstəklədiyi və dəstəkləməyə davam etdiyi böyük yalandır”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, komissiya cari ildə erməni terroru və təcavüzünün ifşa edilməsi üzrə üç konfrans keçirməyi planlaşdırır.
“Ermənilər dünyanın müəyyən qüvvələrinin əlində oyuncaqdır və böyük dövlətlərin regiondakı maraqlarının və planlarının yerinə yetirilməsində istifadə edilirlər”, - deyə AMEA-nın vitse-prezidenti bildirib.
“Əgər erməni psixologiyası barədə danışsaq, demək olar ki, onlar ikiüzlülükləri ilə seçilirlər. Bu xalqın nümayəndələri ayrı-ayrılıqda çox sadiq və sadə insanlardırlar. Lakin söhbət kütlədən gedərkən, onların ağlında “Böyük Ermənistan” utopiyası oynamağa başalyır”,- deyə tarix elmləri doktoru, professor, AMEA İHİ-nin əməkdaşı Anar İsgəndərov bildirib.
Onun sözlərinə görə, ermənilər lazım gələndə başqa xalqların onlara yazlığı gəlsin deyə göz yaşı tökürlər, lakin kifayət qədər güclənən kimi ənənəvi olaraq öz təcavüzkar mahiyyətlərini ortaya çıxarırlar.
Onların bir qanunu var - türklər onların düşmənləridir və əldə silah məhv edilməlidirlər. Ən təəssüf doğuran məqam budur ki, onlara bu məsələdə dəstək göstərən çoxlu müttəfiqləri var. Ermənilər barədə tarix yazmaq o qədər də çətin deyil. Əgər sual yaransa ki, “1915-ci ildə nə baş verib?”, belə bir gerçək ortaya çıxacaq ki, ermənilər dünya ictimaiyyətinə 100 il öncə baş vermiş hadisələr barəsində həyasızca yalan söyləyiblər, dünya birliyi isə açıq şəkildə onları dəstəkləyib”,- deyə A.İsgəndərov əlavə edib.
Alim söyləyib ki, erməni lobbisinin satqın xislətini ifşa edən kitabların nəşri Azərbaycan xalqının maraqlarına xidmət edir və respublikanın ərazi bötüvlüyünün, suverenliyinin bərpasına yönəlib.
Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətmiş olduqları qanlı cinayətlərin araşdırılması üzrə səylər aktivləşdirilməlidir.
“Erməni cəlladların Azərbaycan xalqına qarşı törətdiklri dəhşətlər barədə beynəlxalq birliyə məlumat verilməlidir. Ermənilərin region dövlətlərinə qarşı işğalçı və təcavüzkar siyasəti açıq şəkildə göstərilməlidir”, - deyə parlamentari vurğulayıb.
Onun sözlərinə görə, Qaradağlı və Xocalıda Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş cinayətkarlar mütləq ədalət məhkəmsi qarşısında duracaqlar.
AMEA İHİ-nin Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin baş elmi işçisi, Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri
Esmira Orucova ermənilərin məkrli olmaqda və qorxaqlıqda ittiham edib.
“Müxtəlif xalqlar öz övladlarını heyvanat bağçalarına, teatr və kinoya, uşaq tamaşalarına aparırlar. Ermənilər isə öz uşaqlarını pis şəraitdə saxlanılan azərbaycanlıların yerləşdirildiyi qazamat və həbsxanalara aparırlar. Ermənilər uşağa azərbaycanlıları göstərərək deyirlər: “Bu, sənin düşmənindir, bütün azərbaycanlılar və türklər belə görünür”. Onlar əsirlərin saqqalını, saçını yandırmaları üçün balacaların əlinə alışqan verir və beləcə əylənirlər”, - deyən E.Orucova əlavə edib ki, bunu Xocalı sakini, bir neçə ay erməni əsirliyində qalmış Kamil Hüseynov danışıb.
E.Orucova, həmçinin bildirib ki, daşnaklar dəfələrlə erməni məzarlarında azərbaycanlı əsirləri qurban olaraq öldürüblər.
“Erməni faşizminin ideoloqlarından biri, Qaregin Njde müasir erməni millətçilyinin postulatlarının yaranmasına böyük töhfələr verib. O, bütün erməni xalqını erməni millətçiliyinin xeyrinə necə istifadə etmək barədə yazırdı”, - deyə Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA İHİ-nin elmi işçisi Rizvan Hüseynov qeyd edib.
Onun sözlərinə görə, Q.Njde ermni xalqını üç qrupa ayırırdı.
“Erməni millətçiliyinin gerçəkləşməsi üçün həyatını verməyə hazır olan və her şeyi gözə alan nəsil. Bunlar qarşıya qoyulan məqsədə çatmaq üçün istənilən cinayətə əl atmağa hazır olan insanlardır. İkinci yerdə xalq gəlir. O, mahiyyət etibarı ilə neytral və passiv mövqedədir və təcavüzkar rəhbərliyin (nəslin) arxasına gedəcək. Üçüncü qrup erməni millətçilərinin planlarının həyata keçirilməsində iştirak etməkdən imtina edən tullantılardır. Njdenin ideologiyasına əsasən, sonuncu qrup məhv edilməlidir və sonra bunda türklər, azərbaycanlılar və digər düşmən xalqlar itttiham edilməlidir”, - deyə R.Hüseynov bildirib.
O söyləyib ki, bu gün erməni hakimiyyəti və lobbisi Q.Njdenin məhz bu tullantısız texnologiyasına əsaslanır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət