Fevralın 12-də Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin mətbuat xidməti məlumat verir.
Tədbirdə vitse-prezident və Azərbaycandan olan nümayəndələrdən başqa, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrdən olan nazirlər, eləcə də TAP və TANAP boru kəməri operatorlarının nümayəndələri iştirak edəcəklər.
"Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Strateji enerji tərəfdaşlığımızın mərkəzində Cənub Qaz Dəhlizi durur”,- deyə M.Şefçoviç bildirib.
“Bu, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30000-dən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019/2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi, Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir", -deyə o vurğulayıb.
Bu, vəzifəyə təyin olunduqdan sonra M.Şefçoviçin Azərbaycana baş tutan ikinci səfəri olacaq. O, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə Cənub Qaz Dəhlizini müzakirə etmək üçün 2014-cü ilin noyabr ayında Azərbaycana səfər edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət