Qonşuluq siyasəti və genişlənmə barədə danışıqlar üzrə Avropa komissarı Yohannes Xan bu ilin aprel ayında Bakıya səfərə gələcək.Bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Malena Mard məlumat verib.
“Səfər aprel ayında olmalıdır. Lakin səfərin dəqiq vaxtı hələ ki, müəyyən edilməyib”,- deyə M.Mard qeyd edib.
“Bu, çox vacib səfər olacaq. Avropa komissarı Azərbaycana səfərə gəlməkdə maraqlıdır. O, Bakıda həmkarları ilə görüşmək və bir sıra məsələləri müzakirə etmək istəyir”, - deyə o söyləyib.
Azərbaycanla Aİ arasındakı qarşılıqlı münasibətlərin vəziyyətinə dair suala cavab verən M.Mard qeyd edib ki, Y.Xanın səfəri bu münasibətlərin perspektivləri üçün vacib əhəmiyyət daşıyacaq.
“Biz münasibətlərimizin daha da ciddiləşdirilməsi məsələsini nəzərdən keçirəcəyik. Hesab edirəm ki, cənab Xanın səfəri bu mənada vacib olacaq”, - deyə M.Mard qeyd edib.
Y.Xan 21-22 may tarixlərində Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qədər Azərbaycana gəlməyi planlaşdırır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət