Moskva beynəlxalq müsabiqə-festivalı çərçivəsində Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, BMA-nın professoru Tərlan Seyidovun müəllif layihəsi əsasında beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
“Çaykovski - irs” adlı beynəlxalq müsabiqə-festivalı bəstəkarın anadan olmasının 175 illiyinə həsr olunub və bu ilin may ayında keçiriləcək.
Müsabiqə-festival P.İ.Çaykovski adına Milli Mədəniyyətə Dəstək Fondu və Moskva Dövlət Konservatoriyası tərəfindən təşkil edilir.
Bu cür beynəlxalq elmi-ifaçılıq konfransı və müsabiqə ilk dəfə 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında rektor, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə keçirilmiş və Qara Qarayevin yaradıcılığına həsr edilmişdi.
Həmin layihə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən həyata keçirilib.
2010-cu ili “Mədəniyyətlərin yaxınlaşması ili” elan etmiş Birləşmiş Millətlər Təşkilatı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın təqdimatına əsasən, Bakı Beynəlxalq Elmi-İfaçılıq Müsabiqə-Konfransını təhsil, elm və mədəniyyət məsələləri üzrə tədbirlər planına daxil etmişdi.
Professor Tərlan Seyidovun müəllif layihəsi əsasında hazırlanmış elmi-yaradıcılıq işinin yeni növünün dünya praktikasında analoqu yoxdur. Bu tədbirin əsas məqsədi musiqi ifaçılığı nəzəriyyəsi ilə praktikanı yaxınlaşdırmaq, musiqi sənətinin elmi-tədqiqat və ifaçılıq problemlərinin inteqrasiyasıdır.
Birinci Bakı Beynəlxalq Elmi-İfaçılıq Konfransının Əsasnaməsi Moskvada bəstəkarların, ifaçı-musiqiçilərin və musiqişünasların analoji beynəlxalq elmi-ifaçılıq forumunun keçirilməsi üçün bir növ prototip olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət