Azərbaycan hakimiyyəti ölkənin siyasi partiyalarını respublikanın ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırıb.
“Azərbaycan rəhbərliyi və şəxsən prezident İlham Əliyev ölkənin siyasi partiyalarının respublikanın ictimai-siyasi həyatında fəal iştirak etməsini istəyir”, - deyə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün yerli partiyaların rəhbərləri ilə görüşün yekunlarına dair jurnalistlərə bildirib.
O söyləyib ki, dialoq zamanı belə görüşlərin iki ayda bir dəfə keçirilməsinə dair qərar qəbul edilib. Gələcək görüşlərin mövzuları qabaqcadan bütün partiyalarla razılaşdırılacaq.
Bugünkü tədbirdə gələcəkdə hər iki aydan bir belə görüşlərin keçirilməsinə dair razılıq əldə edilib. Biz ölkənin daxili və xarici siyasətinə aid bizi narahat edən məsələlərin müzakirəsini davam etdirəcəyik”, - deyə Ə.Həsənov qeyd edib.
Partiyalar, həmçinin görüşlərin formatının müəyyənləşdirilməsinə də diqqət ayırıblar.
“Hesab edirik ki, hökumətlə ölkənin siyasi qüvvələrinin dialoqunda respublikanın ictimai-siyasi həyatında fəal rol oynayan partiyalar iştirak edəcək. Yəqin ki, bu partiyaların sayı 16, 18 və ya 20 olacaq”, - deyə Prezident Administrasiyasının nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, hər növbəti görüşün mövzusu qabaqcadan müəyyən olunacaq.
“Biz hər yeni görüşün mövzusunun qabaqcadan müəyyən edilməsi barədə razılığa gəldik. Belə bir siyahının hazırlanması və bütün partiyalara göndərilməsi planlaşdırılır. Görüşdə seçim üzrə müəyyən mövzuya dair müzakirələr aparılacaq. Bu gün burada Xocalı, seçkilər və. s mövzularla bağlı məsələlər qaldırıldı. Gələcək görüşdə hansı mövzunun müzakirə olunacağını biz sonra aydınlaşdıracağıq”, - deyə Ə.Həsənov bildirib.
O, həmçinin partiyalarla hökumət arasında müzakirə olunmuş məsələlərin geniş müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət