Hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi Siyavuş Novruzov hakimiyyətlə dialoqda iştirak etməkdən imtina etmiş müxalifət partiyalarını anti-Azərbaycan mövqeyə malik beynəlxalq dairələrin maraqlarına xidmət etməkdə ittiham edib.
“İqtidarla müxtəlif siyasi partiyaların nümayəndələri arasında aparılan dialoq sübut edir ki, Azərbaycan rəhbərliyi və şəxsən dövlət başçısı ölkədəki bütün proseslərin açıq şəkildə getməsinə tərəfdardır”, - deyə S.Novruzov Milli Məclisin yaz sessiyasının cümə günü keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti ölkə rəhbərliyinin müxalifət qüvvələrini danışıqlara dəvət etmək təşəbbüsünü müsbət qarşılayıb.
“Azərbaycanın hakim dairələrinin və müxtəlif siyasi qüvvələrin nümayəndələri müasir dövrün önəmli problemlərinə dair fikir mübadiləsi aparmaq üçün bir araya gəldilər. İki ayda bir dəfə olmaqla belə görüşlərin müntəzəm keçirilməsi barədə qərar qəbul edildi, bu görüşlərdə vacib məsələlərin geniş spektri müzakirə olunacaq”, - deyə deputat diqqətə çatdırıb.
O, bəzi partiyaların hakimiyyətin dialoq tətbiq etmək təşəbbüsünə məhəl qoymamasını təəssüflə qeyd edib.
“Bəzi partiyaların, istər qeyri-legitim, istərsə də başqa qüvvələrə xidmət edən partiyalar olsun, görüşə gəlmədilər, bunun əvəzində isə onlar hakimiyyətin təşəbbüsünə kölgə salmağa çalışırlar. Belə müxalifət partiyalarının nümayəndələri ATƏT və digər beynəlxalq təşkilatların tədbirlərində məmnuniyyətlə iştirak edir, xalqımızın problemlərinə dair müzakirələr aparıldıqda isə kənara çəkilirlər. Yəni onların kimin maraqlarını müdafiə etdikləri məlum olur”,- deyə S.Novruzov vurğulayıb.
Onun sözlərinə görə, cümə axşamı Prezident Administrasiyası və müxtəlif siyasi partiyaların nümayəndələrinin görüşündə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsi, seçki prosesləri ilə bağlı məsələlər müzakirə olunub.
Deputat Qüdrət Həsənquliyev hakimiyyətlə dialoqda iştirakdan imtina etmiş müxalifət qüvvələrini xarici anti-Azərbaycan qüvvələrinin əlində oyuncaq adlandırıb.
“Bu partiyalar dəfələrlə dialoq qurmaq istədiklərini bəyan ediblər. Belə bir şərait yaradıldıqda isə əslində heç də dialoqa getmək fikrində olmadıqları aydın oldu”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov vurğulayıb.
Cümə axşamı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla respublikanın müxtəlif siyasi partiyalarının nümayəndələrinin görüşü olub. Görüşdə ölkədə və ölkədən kənarda baş verən ictimai-siyasi proseslərə dair fikir mübadiləsi aparılıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət