Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Türkiyənin İnönü Universiteti (Malatya) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda transplantasiya sahəsində hər iki ölkənin mütəxəssisləri, gənc alimlər və rezidentlər iştirak ediblər.
ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov konfransı açıq elan edərək bildirib ki, son dövrlər ölkəmizdə səhiyyənin digər sahələri kimi, orqan köçürülməsi sahəsi də uğurla inkişaf etməkdədir.
"Artıq Azərbaycanda orqan transplantasiyası aparan bir neçə klinika mövcuddur və bu istiqamətdə çox uğurlu addımlar atılır. Bu səbəbdən də biz belə bir konfransı keçirmək qərarına gəldik. Hesab edirəm ki, bu tip konfransların keçirilməsi çox vacibdir. Xüsusilə gənclərimiz üçün önəmlidir", - deyə Ə.Əmiraslanov qeyd edib.
Onun sözlərinə görə, ölkəmizdə orqan tranplantasiyası əməliyyatlarının sayı ilbəil artır.
Akademik deyib ki, Azərbaycanda orqan transplantasiyası əməliyyatlarında, əsasən canlıdan canlıya qaraciyər, böyrək köçürülür. “Təəssüflər olsun ki, ağciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu, bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin ki, buna da nail olacağıq”, - deyə o əlavə edib.
Ə.Əmiraslanov, həmçinin bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.
ATU-nun Türkiyənin bir çox universitetləri ilə sıx əlaqələrindən söhbət açan rektor onların sırasında İnönü və Başkent universitetlərinin də olduğunu diqqətə çatdırıb.
Konfransda türkiyəli və azərbaycanlı ekspertlər elmi məruzələrlə çıxış ediblər.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət