Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Cəlilabad-şərab" SC-nin səhmlərinin 99,97%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Müəssisənin 765,477 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramı yüksək keyfiyyətli şərab məhsullarının istehsalına yönəldilməlidir.
Bununla əlaqədar proqrama yeni üzümlüklərin salınması, üzümün müasir şəraitdə ilkin emalının təşkili, yüksək keyfiyyətli üzümün xammal kimi istifadə olunması üçün yerli fermerlərlə əməkdaşlıq,məhsulun keyfiyyətinin yoxlanılması üçün bütün texnoloji sahələrdə müasir laboratoriya avadanlığının tətbiqinə dair təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 180 min manat köçürməlidir.
Bundan başqa, investisiya proqramında əsas texnoloji sahələrin (ilkin şərab materiallarının hazırlanması, şərabın saxlanılması, qablaşdırılması və s. üzrə) müasir avadanlıqla təchiz edilməsi, tikili və qurğuların yenidən qurulması və təmiri, məhsul çeşidlərinin genişləndirilməsi vəiş yerlərinin bərpasına dair təkliflər, eləcə də bu məqsədlər üçün sərmayələrin həcmi və müddəti öz əksini tapmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 500 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri 90 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayələrin həcminin 5%-ni isə 60 gün ərzində SC-nin hesabına köçürməli və silinmək üçün özəlləşdirmə çeklərini təqdim etməlidir.
Müsabiqə üzrə təkliflər 2015-ci martın 16-na qədər qəbul ediləcək və 17 mart tarixində qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, müəssisə birinci dəfə 2008-ci ilin iyul ayında, daha sonra 2010-cu ilin aprel ayında investisiya müsabiqəsinə çıxarılıb. Lakin səhmlər alınmayıb.
SC Cəlilabad rayonunda yerləşir. Müəssisə 1981-ci ildə istifadəyə verilib və 8 hektar ərazini əhatə edir. Müəssisədə 12 nəfər çalışır.
2015-ci il fevralın 1-nə SC-nin öhdəlikləri 472,943 min manat, debitor borcları 28,71 min manat təşkil edir.
1 fevral 2015-ci il tarixinə müəssisənin nizamnamə kapitalı 3 mln. 62,804 min manata bərabərdir və bir qiymətli kağızın nominal dəyəri 4 manata bərabər olan adi səhmlərə bölünüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət