İran Qarabağ probleminin həllinə kömək etməyə hazırdır. Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunları üzrə birgə brifinqdə bəyan edib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək etməyə hazırıq. İran qonşu ölkə kimi, münaqişənin lap əvvəlindən onun sülh yolu ilə həll olunmasını istəyib. Bu region bizim üçün əhəmiyyətlidir, xüsusilə Azərbaycan bizim üçün regionun ən vacib ölkələrindən biridir, çünki bizi tarixi və mədəni dəyərlər birləşdirir", - deyə M.C.Zərif vurğulayıb.
Öz növbəsində E.Məmmədyarov qeyd edib ki, regionda sülhün tam bərpa olunması üçün ciddi addımlar atılmalıdır.
“Bu isə o deməkdir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir”,- deyə nazir qeyd edib.
O, həmçinin söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı narahatlıqlarını əks etdirən bəyanatlarla çıxış etmək əvəzinə Ermənistanı öz qoşunlarını Azərbaycan ərazisindən geri çəkməyə məcbur etməlidirlər.
“O zaman atəşkəs rejimi pozulmayacaq və biz Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında sülh yarada biləcəyik”, - deyə E.Məmmədyarov vurğulayıb.
F.İsazadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət