SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) H.Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yeni layihələrin həyata keçirilməsinə start verib. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
““Avro-5” standartlarının tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən neftayırma müəssisələrində yenidənqurma işlərinə başlanılıb. Heydər Əliyev adına BNEZ-in mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə yeni layihələrə start verilib”, - deyə məlumatda qeyd edilir.
Müvafiq proqrama əsasən, zavodun ЕD-АV-6, kаtаlitik krekinq qurğularında bir sıra modernləşdirmə işlərinin aparılması nəzərdə tutulub.
İtaliyanın “Foster Wheller” firması tərəfindən 21 nömrəli ED-AV-6 qurğusunun məhsuldarlığının ildə 7,5 mln. tona çatdırılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi, eləcə də ABŞ-ın UOP firması tərəfindən 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 2,5 mln. tona çatdırılması istiqamətində layihələndirmə başlanıb.
“Eyni zamanda, ildə 100 min ton polietilen, 150 min ton polipropilen məhsulunun istehsalı üçün “Аzərikimya” İstehsalat Birliyinin xammalla təmin edilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir”, - deyə məlumatda vurğulanır.
SOCAR-ın məlumatına əsasən, 2018-2019-cu illərdə şirkət UOP və digər şirkətlərin texnologiyası əsasında maye qazların təmizlənməsi, izomerləşdirilməsi üzrə qurğular, həmçinin benzin fraksiyalarının sulfid birləşmələrindən ayrılması üçün katalik krekinq qurğusu tikməyi planlaşdırır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət