Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 20-nə manatın dollara nisbətən rəsmi məzənnəsini fevralın 19-da qeydə alınmış 0,7857 manat/$1 səviyyəsinə qarşı 0,7862 manat/$1 səviyyəsində müəyyənləşdirib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, 16-20 fevral tarixlərində manat ABŞ dollarına nisbətən 0,0018 manat və ya 0,23% ucuzlaşıb.
Daha əvvəl E.Rüstəmov “The Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan milli valyutanın - manatın dollardan asılılığından imtina etmək və tədricən daha çevik məzənnə siyasətinə keçmək niyyətindədir. O vurğulayıb ki, valyutanın istənilən zəifləməsi tədricən baş verəcək və AMB “əhalinin maraqlarını nəzərə alacaq”.
Onun sözlərinə görə, AMB dollar və avronun daxil olduğu səbətin hədəflənməsi xeyrinə manatın dollardan asılılığını ləğv etməyi planlaşdırır. Bu zaman avronun payı 20-30% təşkil edəcək.
Mərkəzi Bank 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikivalyutalı səbətdən istifadəyə keçib.
Bundan başqa, E.Rüstəmov qeyd edib ki, manatın məzənnəsinin üzunmüddətli zəifləməsinə heç bir əsaslı səbəb yoxdur. “Manatın xroniki və uzunmüddətli zəifləməsi üçün əsas və səbəb yoxdur. Narahat olmağa dəyməz. Manatın dramatik devalvasiyası gözlənilmir”, - deyə E.Rüstəmov çərşənbə axşamı AzTV kanalında “Günün nəbzi” proqramında çıxışı zamanı bildirib.
Lakin o, manatın nə dərəcədə devalvasiya edəcəyi barədə məlumat verməyib.
Sədrin sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 70%-ə yaxındır və tədavüldə olan manat bazasının həcmindən 2,5 dəfə çoxdur.
E.Rüstəmov qeyd edib ki, AMB manatın məzənnəsini sabit saxlamaq üçün kifayət qədər resursa malikdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət