Bakı Ali Neft Məktəbi (BANM) və “Baker Hughes” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından danışıb. Neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını vurğulayan E.Qasımov bu sahədə mütəxəssislərin hazırlanmasının SOCAR-ın fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu deyib.
Rektor, həmçinin ali məktəbin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verib.
Bundan başqa, o, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini və bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını söyləyib.
Rektor vurğulayıb ki, BANM Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutur.
“Baker Hughes” şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkət haqqında ətraflı məlumat verib. O, 80-dən artıq ölkədə fəaliyyət göstərən “Baker Hughes” şirkətinin 61 mindən artıq işçisi olduğunu qeyd edib. Şirkət beynəlxalq neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif edir.
Həmçinin “Baker Hughes” şirkətinin qazma, quyuların texniki parametrlərinin qiymətləndirilməsi, quyuların tamamlanması, sualtı qurğuların, neft və qazın emalı texnologiyaları, kənd təsərrüfatında istifadə olunan kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşdığını qeyd edən R.Vaudvayk təmsil etdiyi şirkətlə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə BANM-dəki neft-qaz və kimya mühəndislərinin hazırlığında öz müsbət təsirini tapacağını diqqətə çatdırıb.
О, nüfuzlu ali məktəblə əməkdaşlığın təmsil etdiyi şirkət üçün qürurverici olduğunu deyib. R.Vaudvayk bu gün imzalanan müqavilənin gələcəkdə BANM-in məzunları üçün çox böyük imkanlar yaradacağını vurğulayıb.
Müqavilədə BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsi, fərqlənən tələbələrə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi və digər müddəalar öz əksini tapıb
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət