Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan ATƏT-in Minsk qrupu həmnsədrlərinin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərdən keçirməyə hazırdırlar. Bu barədə həmsədrlərin bəyanatında bildirilir. Bəyanatın mətni cümə günü ATƏT-in saytında dərc edilib.
Həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa) fevralın 16-19-da regiona etdikləri səfərlə bağlı birgə bəyanat veriblər.
Bəyanatda deyilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər və müdafiə nazirləri, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər.
Səfərin məqsədi yanvar ayında zorakılıq hallarının təhlükəli həddə çatmasından sonra tərəfləri güclü şəkildə atəşkəsə sadiq qalmağa çağırmaq olub.
Həmsədrlərlə görüşdə tərəflərDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər, həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərdən keçirməyə razılıq veriblər.
Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli istiqamətində növbəti addımları, o cümlədən hər iki ölkə prezidentlərinin bu ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Regiona səfər çərçivəsində həmsədrlərBeynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüşərək Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə ediblər. Onlar prezidentlərin 2014-cü ilin oktyabr ayında Paris sammitində itkin düşmüş şəxslərlə bağlı BQXC-nin himayəsi ilə informasiya mübadiləsi aparılması barədə əldə edilmiş razılaşmanın vacibliyini qeyd ediblər.
Y.Əliyev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət